Yeni Zelandiyada 100 mindən çox insan tətilə başlayıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 23 oktyabr, AZƏRTAC
Yeni Zelandiyada müəllimlər, tibb işçiləri, həkimlər, yanğınsöndürənlər və digər sahələrin 100 mindən çox əməkdaşı tətilə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bu, Yeni Zelandiyada son onilliklərin ən böyük tətilidir. Tətil iştirakçıları dövlət sektoruna maliyyə dəstəyinin artırılmasını tələb edirlər. Etirazçıların sözlərinə görə, 2023-cü ildə hakimiyyətə gələn mühafizəkar hökumət dövlət xərclərini azaltmaqla büdcədə profisitə nail olmağa çalışır.
Dövlət xidmətləri naziri Cudit Kollinz tətili ədalətsiz, səmərəsiz və lazımsız adlandırıb. Lakin buna baxmayaraq, hökumət danışıqlara hazır olduğunu bildirib.

Yeni Zelandiyada 50 mindən çox həkim və müəllim tətil edəcək
02 Oktyabr 2025 16:59
Yeni Zelandiyada 30dan çox delfin xilas edilib
26 Noyabr 2024 23:48
Yeni Zelandiyada güclü zəlzələ
28 Noyabr 2024 07:11
Yeni Zelandiyada kütləvi tətil: 100 min insan iş şəraitinin yaxşılaşdırılmasını tələb edir
23 Oktyabr 2025 17:54

