Yenidən sıradan çıxdı
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Lamin Yamal yenidən zədələnib.
“Barselona”nın mətbuat xidmətinin məlumatına görə, yeniyetmə futbolçunun qasıq nahiyəsində problem aşkarlanıb. Həkimlərin rəyinə əsasən, Yamalın bərpa müddəti təxminən 2-3 həftə çəkəcək.
Xatırladaq ki, “Barselona”nın yetirməsi olan Lamin yenicə sıraya dönmüşdü. O, bu mövsüm 5 rəsmi oyunda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Yenidən sıradan çıxdı
24 Noyabr 2024 19:25

