Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Yüksək qan təzyiqi yaddaşı pozur

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Yenidən tikilən Qarabağın baş memarı necə tarix yazır?

Yenidən tikilən Qarabağın baş memarı necə tarix yazır?

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Düşmən işğalından azad edildikdən sonra, son 5 ildə Qarabağ bölgəsi böyük bir tikinti meydanına çevrilib. Bir sıra ölkələrdən daha böyük əraziyə malik olan bölgənin hər tərəfində iş qaynayır- şəhərlər, kəndlər, qəsəbələr salınır, yollar, körpülər, hava limanları, vağzallar tikilir, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri açılır, müxtəlif təyinatlı istehsal müəssisələri yaranır... bu görülən işlərin hamısı deyil. Paralel olaraq bütün sahələrdə iş gedir- mina təmizləmədən tutmuş ekoloji sağlamlaşdırmaya qədər. Bu qədər nəhəng bir tikinti quruculuq işinin miqyasını, ona çəkilən zəhməti və enerjini təsəvürf etək belə mümkün deyil. Sanki sıfırdan bir ölkə qurulur.

Bu işin başında isə şəxsən Prezident İlham Əliyev dayanır. Yenidən tikilən Qarabağın baş memarı odur. Dövlət başçısını bu bölgədə tez-tez görmək olar- mütamadi olaraq açılışlarda, sakinlərlə görüşlərdə, təməlqoyma məraismlərində və s. Xüusən də, qarabağlıların öz doğma yurdlarına qayıtması prosesində şəxsən iştirak edir və onlarla dərləşir. Dövlət tərəfindən müasir evlərlə təmin edilmiş qarabağlılar Qarabağı yenidən məskunlaşdırır və vaxtilə orada düşmən tərəfindən söndürülmüş Azərbaycan ocaqlarını yenidən yandırırlar.

Bu günlərdə Prezident İlham Əliyevi və 1-ci vitse-prezident Mehriban Əliyevanı yenə Qarabağda yaşayış məhəllələrinin və digər obyektlərin açılışında gördük. Yenə də çoxsaylı sakinlərə yeni evlərin təqdim olunmasında iştirak edib onlara xeyir-dua verirdilər.

Fevralın 25-də dövlət başçısı və xanımı Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar. İşğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli XIII əsrə aid kilsə və IX əsrə aid “Aslan qalası” memarlıq abidələri var.

Kənddə ümumilikdə 276 ev var ki, onlardan da 115-i yararsız, 161-i isə qismən yararlıdır. İndiyədək 120 ev təmir olunub. Bu ilin sonunadək daha 41 ev istismara hazır olacaq. Bir neçə gün əvvəl 38 ailə- 154 nəfər kəndə qayıdıb.

Xanabadda bir sıra sosial layihələr icra olunub. Belə ki, mövcud 3 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilib, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyularında və su anbarında təmir işləri aparılıb, 2 yeni su anbarının qurulması işlərinə başlanılıb. Kəndin su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib, kənddaxili yollar bərpa olunub. Kəndin girişində “Xanabad” kompozisiyası quraşdırılıb, Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və Dövlət Bayrağı ucaldılıb.

Bu gün Xocavənd şəhərinə də növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar. Xocavənd şəhərinə 41 ailə olmaqla, 138 nəfər köçüb.

Şəhərdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Yeni köçən ailələr qarşılandıqdan sonra ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumatlandırılıblar. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələrə də evlərinin açarları təqdim olunub. Horovlu kəndi 40 ailə olmaqla, 196 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

Kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə– su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilib.

Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

Təkcə son 3 gündə Qarabağa təxminən 500 nəfər (120 ailə) köç edib. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

Bəli, Qarabağda tikinti-quruculuq, bərpa işləri tam sürətlə davam edir. Bu yazıda sizlərə çox kiçik bir hissəsindən danışdıq. Bu nəhəng tikinti meydançasında Azərbaycanın 5-də 1-i yenidən tikilir, yenidən qurulur. Tezliklə, bütün bölgə abadlaşmış, bərpa olunmuş bir vəziyyətdə olacaq və ölkəmizin ən abad bölgələrindən biri kimi öz yerini tutacaqdır.

Prezident İlham Əliyev torpaqlarımızı işğal edən düşməndən yurdumuzu geri alıb öz adını tariximizə Müzəffər Komandan olaraq qızıl hərflərlə yazdırdığı kimi, yenidən tikilən Qarabağın da baş memarı kimi tarixə öz adını yazdırır. İlham Əliyev Prezident, milli lider, qalib sərkərdə olmaqdan əlavə, həm də möhtəşəm Qarabağ dastanının müəllifi kimi tariximizdə şərəfli yerini tutur.

Elçin Bayramlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2026 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see402

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see352

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see265

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see262

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see257

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see250

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see245

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see228

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see224

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see221

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see207

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see198

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see197

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see197

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see192

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see183

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri