Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Yeniləşmiş islahat kəndi davamlı inkişafa qovuşdurur

Yeniləşmiş islahat kəndi davamlı inkişafa qovuşdurur

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

270 min hektarda yaradılmış 51 aqropark yeni mərhələnin önündə gedir

Müasir dövrdə kənd təsərrüfatı sektoru yalnız ərzaq təminatının deyil, həm də ölkənin sosial-iqtisadi sabitliyinin, regionların balanslı inkişafının, məşğulluğun və ixrac potensialının əsas dayaqlarından biri kimi çıxış edir. Azərbaycanın aqrar siyasəti də son illərdə kompleks şəkildə yenilənərək bu sahənin innovasiyalara, rəqəmsallaşmaya və dayanıqlı inkişaf prinsiplərinə uyğun inkişafını hədəfləyir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyalar kənd təsərrüfatının milli iqtisadiyyatda rolunu daha da artırmaq məqsədi daşıyır. Azərbaycanın aqrar siyasətində ərzaq təhlükəsizliyinin təmin olunması, kənd yerlərində rifahın yüksəldilməsi, əkin və maldarlıq sahələrində məhsuldarlığın artırılması, eyni zamanda, ixrac yönümlü istehsalın gücləndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Buna görə də ölkədə subsidiya mexanizmləri təkmilləşdirilib, torpaqdan istifadənin səmərəliliyi artırılıb, aqrar sığorta və dövlət dəstəyi proqramları genişləndirilib.

Yeni dövrün çağırışlarına uyğun olaraq kənd təsərrüfatı məhsullarının emalı və logistikası üzrə klaster əsaslı yanaşma tətbiq olunur. Aqrar sektorun rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi də siyasətin əsas komponentləri sırasında yer alır.

Ölkənin aqrar sektorunun ən mühüm nailiyyətlərindən biri olan elektron kənd təsərrüfatı informasiya sisteminin (EKTİS) tətbiqi daim diqqətdə saxlanılır. Fermerlərin subsidiya və güzəştli kreditlərə çıxışının sadələşdirilməsi, kənd təsərrüfatı fəaliyyətlərinin daha şəffaf və planlı şəkildə tənzimlənməsi məhz bu sistem sayəsində reallaşdırılır. EKTİS ilə, eyni zamanda, kənd təsərrüfatı statistikasının operativ və dəqiq şəkildə toplanması yerinə yetirilir.

Aqroparkların və kənd təsərrüfatı klasterlərinin fəaliyyətinin diqqətdə saxlanılması da aqrar siyasətin qarşısında mühüm vəzifə kimi qoyulur. Hazırda respublikada 51 aqroparkın yaradılması istiqamətində işlər aparılır. 270 mindən çox hektar ərazini əhatə edən həmin aqroparklarda müasir texnologiyalar əsasında yüksək məhsuldarlığa nail olunur.

Aqroparklar yalnız istehsal deyil, həm də emal, qablaşdırma və ixrac proseslərini özündə birləşdirir. Bu, məhsulların əlavə dəyər qazanmasına və xarici bazarlarda rəqabət qabiliyyətinin artmasına xidmət edir.

Ekspertlərin fikrincə, aqrar sahədə mövcud çətinliklərin aradan qaldırılması, keyfiyyətli məhsul istehsalı və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə iki və çoxtərəfli platformalarda əməkdaşlığa xüsusi önəm verilməli, aqrar sektorun əsas hərəkətverici qüvvəsi olan fermerlərin maddi şəraitinin yaxşılaşdırılması daim diqqətdə saxlanılmalıdır. İkitərəfli və çoxtərəfli platformalarda əldə olunmuş razılıqlar kağız üzərində qalmamalı, kağız diplomatiyasından konkret fəaliyyət və icra diplomatiyasına keçilməlidir. Başqa sözlə, qlobal təşəbbüslərin uğurla icrası və aqrar sahədə dayanıqlı inkişafa nail olmaq üçün bütün dövlətlər tərəfindən maliyyə ayrılmasına xüsusi önəm verilməlidir.

Həyata keçirilən aqrar islahatlar bu gün kənd təsərrüfatının inkişafını daha da sürətləndirir və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək layihələri gerçəkləşdirilir. Bunun nəticəsində fermerlərin həyat səviyyəsi getdikcə yüksəlir, aqrar sahənin dayanıqlı inkişafı təmin edilir.

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatı respublikamızın ərzaq təhlükəsizliyinin gerçəkləşdirilməsində, eləcə də iqtisadi inkişafın təşviqində mühüm rol oynayır. Bununla bərabər ölkədə aqrar sektorun yeni qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr də mühüm önəm daşıyır. Bu baxımdan respublikada torpaq və su ehtiyatlarının məhdud olması şəraitində kənd təsərrüfatında qarşıya qoyulan əsas vəzifələrdən biri də məhsuldarlığı artırmaqla daha böyük istehsal həcmləri yaratmaqdan ibarətdir.

Azərbaycanda hazırda taxılçılıq regionlarında 15 min hektara qədər sahədə innovativ texnologiyalar tətbiqi, rəqəmsal həllərə üstünlük verilməsi məhsuldarlığın və səmərəliliyin artmasına müsbət təsir göstərir. Bu, eyni zamanda, əkin vaxtının dəqiq müəyyənləşdirilməsinə, lazımi gübrələrdən geniş istifadə olunmasına, torpağın nəmliyinin saxlanılmasına və məhsul yığımı üçün optimal vaxta nəzarət etməyə imkan verir.

Ekspertlərin fikrincə, respublikada innovativ texnologiyaların tətbiqi əmək, su, gübrə və ümumilikdə, istehsal xərclərini azaldır, eyni zamanda, istehsalın səmərəliliyini artırmağa əlverişli şərait yaradır. Buna görə də bir çox taxılçılıq təsərrüfatlarında torpaqda nəmliyin qorunub saxlanması və torpaqların alt münbit olmayan qatının üzə çıxarılmaması və yüksək məhsuldarlıq göstəricilərinin gerçəkləşdirilməsi üçün innovativ torpaqqoruyucu texnologiyalardan geniş istifadə edilir. Bu zaman “ağıllı” kənd təsərrüfatı texnikalarından istifadə diqqətdə saxlanılır. Xüsusilə torpaq becərilməsində, torpağın səpinə hazırlanmasında, səpin aparılmasında, gübrələmə və dərmanlama proqramlarının icrasında işlədilən “GPS” naviqasiya sistemləri ilə təchiz olunur.

Azərbaycan əhalisinin, təqribən, yarısının yaşadığı regionlarda kənd təsərrrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən istənilən tədbir yerlərdə məşğulluğun təminatına mühüm töhfə verir. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirən fermerlər daxili bazarda məhsul bolluğuna şərait yaratmaqla yanaşı, ölkənin ixrac potensialının artırılmasında da yaxından iştirak edirlər. Bu da ölkədə bitkiçilk və heyvandarlıq məhsullarının istehsalına, ümumi ixracda kənd təsərrüfatı mallarının payının artmasına səbəb olur.

Hazırda fermerlərin maliyyə imkanlarının genişləndirilməsi məqsədilə dövlət tərəfindən çoxsaylı güzəştli maliyyələşdirməyə daha çox üstünlük verilir. Bu baxımdan əkin subsidiyaları, mineral gübrə və pestisidlər üçün güzəştlər, lizinq yolu ilə texnika təminatı, kənd təsərrüfatı sığortası mexanizmləri xüsusilə diqqətdə saxlanılır. Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Kredit və İnkişaf Agentliyi vasitəsilə verilən kreditlər minlərlə kənd təsərrüfatı subyektinin fəaliyyətini gücləndirir.

Azərbaycanda aqrar sektorun iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşdırılması istiqamətində də ciddi tədbirlər görülür. Su ehtiyatlarından daha səmərəli istifadə, damcı suvarma sistemlərinin təşviqi, torpaq münbitliyinin qorunması, ekoloji təmiz məhsul istehsalı bu siyasətin əsas istiqamətlərindən sayılır. Eyni zamanda “yaşıl” kənd təsərrüfatı konsepsiyası tətbiq olunaraq təbiətə minimal təsir göstərən üsullara keçid təşviq olunur.

Ölkəmizdə rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi də diqqətdə saxlanılır. Çünki yeni texnologiyalara xüsusi önəm verilməsi ilə aqrar sahənin modernləşdirilməsi sürətlənir. Peyk müşahidələri, dronlarla monitorinq, avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri fermerlərin məhsuldarlığını artırmaqla yanaşı, riskləri də azaldır. EKTİS platforması ilə inteqrasiya olunan bu texnologiyalar informasiya əsaslı qərarların qəbulunu gerçəkləşdirir.

Aqrar siyasət, eyni zamanda, sosial yönümlüdür. Regionlarda yeni təsərrüfat sahələrinin yaradılması kənd yerlərində məşğulluğun artmasına, miqrasiya səviyyəsinin azalmasına səbəb olur. Aqrar sahədə qadınların və gənclərin fəal iştirakı təşviq edilir, ailə fermer təsərrüfatlarına dəstək proqramları reallaşdırılır.

Azərbaycan kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını genişləndirmək üçün beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verir. Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin və Avropa ölkələrinə meyvə-tərəvəz, şərab və digər məhsulların ixracı artır. Hazırda kənd təsərrüfatı sərgilərində iştirak, beynəlxalq sertifikatların əldə olunması və məhsul keyfiyyətinin artırılması ixracı dəstəkləyən başlıca tədbirlər sırasında yer alır.

Beləliklə, Azərbaycanın aqrar siyasəti kənd təsərrüfatının inkişafını sürətləndirməklə yanaşı, həm də ölkənin sosial və iqtisadi sabitliyinə xidmət edən strateji bir sahə kimi formalaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar nəticəsində kənd təsərrüfatı dayanıqlı inkişaf yolunda uğurla irəliləyir, fermerlər üçün əlverişli şəraitin yaradılması daim diqqətdə saxlanılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Avqust 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri