Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Yenilik və tərəqqiyə qovuşan kəndimiz

Yenilik və tərəqqiyə qovuşan kəndimiz

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Son dövrdə aqrar sektor 1,5 faiz böyüyüb

Azərbaycanda aqrar sahənin potensialından səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafının diqqətdə saxlanılması, bu sahədə fəaliyyətin təşviq edilməsi məqsədilə çoxşaxəli dəstək tədbirləri həyata keçirilir. Bu baxımdan iqtisadiyyatın mühüm sahələrindən sayılan kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorun inkişafını ləngidən problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması istiqamətində reallaşdırılan layihələr diqqət çəkir. 

Dövlətin bu sahədə həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı layihələri aqrar sektorda təşəbbüskarlığa geniş meydan açıb. Məhz bunun nəticəsidir ki, hazırda iri biznes qruplarının, eləcə də kiçik və orta sahibkarların kənd təsərrüfatı sektorunda xüsusi fəallığı müşahidə olunur. 

Azərbaycan əhalisinin, təqribən, yarısının yaşadığı regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən istənilən tədbir yerlərdə məşğulluğun təminatına mühüm töhfə verir. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirən fermerlər daxili bazarda məhsul bolluğuna şərait yaratmaqla yanaşı, ölkənin ixrac potensialının artırılmasında da yaxından iştirak edirlər. Bu da respublikada bitkiçilk və heyvandarlıq məhsullarının istehsalına, ümumi ixracda kənd təsərrüfatı mallarının payının artmasına səbəb olur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, həyata keçirilən dəstək tədbirlərinin nəticəsidir ki, ötən il Azərbaycanda 12 milyard 995 milyon manat  (2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 1,5 faiz çox) dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Son bir ildə ölkədə istehsal edilən bitkiçilik məhsullarının dəyəri 1,1 faiz artaraq 6 milyard 162 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,7 faiz artaraq 6 milyard 833 milyon manat olub.

Bu ilin əvvəlinə 1 milyon 21 min hektar sahədən hər hektardan orta hesabla 31 sentner olmaqla 3 milyon 277 min ton və ya 2023-cü illə müqayisədə 0,9 faiz çox dənli və dənli paxlalı bitkilər toplanıb. 2024-cü ildə istehsal olunmuş dənli və dənli paxlalı bitkilərin 1 milyon 686 min tonunu və yaxud 51,4 faizini buğda təşkil edib. Buğdanın məhsuldarlığı 30,9 sentner olub. Bundan əlavə, 1 milyon 839 min ton və ya 2023-cü ilə nisbətən 0,7 faiz çox tərəvəz, 1 milyon 317,9 min ton (4,5 faiz çox) meyvə və giləmeyvə, 490,6 min ton (11,9 faiz çox) bostan məhsulları, 307 min ton (11,1 faiz çox) pambıq, 289,1 min ton (31,5 faiz çox) şəkər çuğunduru, 31,2 min ton (6,6 faiz çox) günəbaxan, 6,5 min ton (2,2 faiz çox) tütün yığılıb.

Bildirilir ki, ölkədə 2025-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il yanvar 1-nə olan vəziyyətə görə, 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpin aparılmış sahənin 99 faizini və yaxud 932  min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 505 min hektarı buğda, 427 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşüb.

2023-cü ilin göstəriciləri ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 8,2 faiz, o cümlədən buğdanın səpin sahəsi 15,5 faiz azalıb, arpanın səpin sahəsi 2,3 faiz artıb. Hesabat ilində quş əti də daxil olmaqla diri çəkidə 659 min ton ət, 2 milyon 298,5 min ton süd, 2 milyard 300,8 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. 2023-cü illə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 5,1 faiz artıb. 

2024-cü ildə hər inək və camışdan orta hesabla 1 min 834 kiloqram (2023-cü ildə 1 min 746 kiloqram olub) süd sağılıb. Yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6 milyon 850  min baş qoyun və keçi, 2 milyon 460  min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 223  min baş inək və camış qeydə alınıb. İribuynuzlu mal-qaranın 49,7  faizini inək və camışlar təşkil edir. 2024-cü ildə quşçuluq müəssisələrində diri çəkidə 82,3 min ton quş əti və 1 milyard 148,7 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə, bu müəssisələr üzrə cəmi quşların sayı 12 milyon 091,5 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 248 ədəd yumurta alınıb.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizminin tətbiqi də genişləndirilib. Aqrar Sığorta Fondunun zərər görmüş fermerlərə ödənişləri sürətlə artırılıb. Keçən ilin 11 ayı ərzində müxtəlif  hadisələr nəticəsində zərərlə üzləşən fermerlərə 5 milyon 642 min manat sığorta ödənişi edilib. Sığorta ödənişlərinin 4 milyon 659 min manatı meyvə bağları və əkin sahələri, 983 min manatı isə heyvandarlıq üzrə olub. 2023-cü ilin eyni dövrünə nisbətən keçən il sığorta ödənişlərinin məbləği 2 dəfə, o cümlədən meyvə bağları və əkin sahələri üzrə ödənişlər 2,3 dəfə, heyvandarlıq təsərrüfatları üzrə ödənişlər isə 40 faiz çoxalıb.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə Aqrar Sığorta Fondu fermerlərə, ümumilikdə, 2 milyon 741 min manat sığorta ödənişi edib. Bu məbləğin 2 milyon 43 min manatı meyvə bağları və əkin sahələri, 698 min manatı isə heyvandarlıq üzrə olub.

2024-cü ilin 11 ayında bitkiçilik sığortası üzrə ən çox sığorta ödənişləri fırtına, dolu, şaxtavurma və subasma hadisələri üzrə həyata keçirilib. Heyvandarlıq sığortasında isə ödənişlərin böyük hissəsi yoluxucu xəstəliklər və ot-yemdən zəhərlənmə hallarına aid olub. Bu dövrdə Aqrar Sığorta Fondu, ümumilikdə, 410 min 561 hektar əkin sahəsini sığortalayıb. Fond əkin sahələrinə 462 milyon manatlıq  sığorta təminatı verib.

Hesabat ilində ölkə üzrə 3 min 169 heyvan sığorta edilib, 19 milyon 554 min manat sığorta təminatı verilib. Eyni zamanda, 12 milyon 829 min manat sığorta haqqı toplanıb. Bitkiçilik üzrə ödənilən sığorta haqları 10 milyon 934 min manat, heyvandarlıq sahəsi üzrə isə 1 milyon 895 min manat təşkil edib. Ən çox sığortalanan əkin sahələri isə taxıl və pambıq bitkiləri ilə yanaşı, nar, şaftalı, nektarin, fındıq, üzüm və zeytun bağları, çəltik, şəkər çuğunduru sahələri olub.

Qeyd edək ki, sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər. Aqrar sahədə mövcud potensialdan səmərəli istifadə olunması, əkin sahələrinin genişləndirilməsi, eləcə də heyvandarlığın inkişaf etdirilməsi üçün göstərilən dövlət dəstəyi ölkənin ərzaq təhlükəsizliyinin təminatı ilə yanaşı, ixrac potensialının da artırılmasına mühüm töhfələr verir. 

Gələcəkdə isə kənd təsərrüfatının hər il orta hesabla 4 faiz artacağı proqnozlaşdırılır. Elə Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında da aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri