Yeniyetmə “TikTok”a görə biznes mərkəzini yandırdı
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
ABŞ-ın Viskonsin ştatında 19 yaşlı gənc “TikTok”-u qadağan edən qanuna reaksiya olaraq konqresmen Qlenn Qrotmanın regional ofisinin olduğu biznes mərkəzini yandırıb.
Publika.az xəbər verir ki, Fond Du Lac bölgəsinin polisi ofislərin olduğu binanın yandırılması ilə bağlı açıqlama verib.
Açıqlamada Respublikaçılar Partiyasından olan konqresmen Qrotmanın adına icarəyə götürülmüş ofisin yerləşdiyi binanın yandırıldığı və şübhəlinin saxlanıldığı bildirilib.
Məlumata görə, hadisə zamanı binada heç kim olmayıb və yanğın söndürülüb. 19 yaşlı şübhəli “TikTok” qadağasına görə bu addımı atdığını qeyd edib.
ABŞ mətbuatında Qrotmanın daha əvvəl “TikTok”u tənqid edən açıqlamalar verdiyi vurğulanıb.
Aysel Şahmar
Baxış sayı:122
Bu xəbər 20 Yanvar 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















