TikTok a giriş məhdudlaşdırılır
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"TikTok" sosial şəbəkəsi "Ailə ayarları" bölməsində yeniyetmələrin müəyyən vaxt aralıqlarında tətbiqə girişini məhdudlaşdırmağa imkan verən funksiyanı işə salır.
Oxu.Az şirkətə istinadən xəbər verir ki, "TikTok" tərtibatçıları yeni "Qeyri-aktiv vaxt" ayarını yaradıb.
İndi valideynlər övladları üçün "TikTok"a giriş məhdudiyyəti təyin edə bilərlər - məsələn, dərs saatlarında və ya gecə vaxtı. Valideynlər rəqəmsal detoksun rahat tənzimlənməsi üçün təkrarlanan cədvəl yarada və daha əvvəl tətbiq olunmuş məhdudiyyət dövründə övladlarının tətbiqdən istifadə üçün göndərdiyi sorğuları təsdiq edə bilərlər.
Bundan əlavə, "Ailə ayarları"nın yeni funksionallığı valideynlərə övladlarının hesabları barədə daha geniş məlumat əldə etməyə imkan verir. İndi onlar övladlarının "TikTok"da kimi izlədiyini və onun hesabına kimlərin abunə olduğunu, yeniyetmənin hansı istifadəçiləri blokladığını görə biləcəklər.
"Yaxın aylarda "TikTok" valideyn nəzarəti aktiv edilməsə belə, yeniyetmələrin platformanın İcma Təlimatlarını potensial olaraq pozan məzmun barədə valideynlərinə məlumat verməsinə imkan yaradan funksiyanı da əlavə edəcək", - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 11 Mart 2025 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















