Icma.az
close
up
RU
“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbirini keçirilib FOTOLAR

“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbirini keçirilib FOTOLAR

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Oriqami” uşaq  və yeniyetmələr  ictimai birliyi 12 iyun 2025-ci il tarixində Maştağa qəsəbəsi  C. Nurməmmədov adına 108 № li tam orta məktəbin pedaqoji kollektivinin  üzvləri və 30 nəfər şagird kontingentinin iştirakı ilə “Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin  yekun  tədbirini keçirmişdir.

"Cebheinfo.az" xəbər verir ki, tədbirin təşkili üçün məktəbin İdman zalında hazırlıq  işləri  görülmüşdü. Layihənin rolapı qurulmuş, masaların üstünə  yol hərəkətinin təhlükəsizliyinə dair yol nişanları düzülmüş, xüsusi turacaqlarda məlumat daşıyıcıları və  layihənin  loqolu, təsvirli  atributları qoyulmuşdu.

“Oriqami” təşkilatı layihəyə qoşulmuş 15 qız və15 nəfər oğlan ,cəmi 30 nəfər şagirdin rəğbətləndirilməsi məqsədi ilə 30 dəst  loqolu, təsvirli  xüsusi dəst, tərkibində - loqolu papaq  və loqolu, təsvirli qısaqol köynək, loqolu təsvirli iştirakçı Sertifikatlı, loqolu, təsvirli Poster, vımpel, loqolu , təsvirli 30 ədəd hədiyyə çantaları  sifariş etmişdi. Hədiyyələrin say tərkibini göstərmək üçün onlar masaların üstünə düzülmüşdü.

“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbirində, prkftik olaraq piyada mədəniyyətinin aşılanması prosesində şagirdlərin aldıqları yeni məlumatlar, yol hərəkətinin təhlükəsizlik qaydalarına dair nəzəri biliklər, yolda, piyada zolaqlarından  düzgün istifadə davranışı, yolu keçərkən  təhlükəsiz davranış qaydalarının  nümayişi  məqsədi  ilə “ Oriqami” uşaq birliyi  İdman zalının mərkəzində  “4 yol ayrıcı“ dekorasiyasını qurmuş, burada 4” işıqfor” yerləşdirilmiş, piyadalar üçün  4 “keçid zolağı” salınmışdı. 4 tərəfdən yol ayrıcını “səkilər” əhatə edir və yolun hüdudlarını göstərirdilər.

"4 yol ayrıcı“- na xüsusi aşırma geyimlərdən istifadə edən uşaqların cəlb olunması  prosesi canlandırır və  maraqlı oyun əsnasında iştirakçılara yol hərəkətinin təhlükəsizlik qaydalarını nümayiş etdirməyə imkan yaradırdı. 30 nəfər məktəblinin hər biri,  prosesə cəlb olunmuşdular. Onlar , həm piyada rolunda ,həm də  xüsusi  geyimləri  ilə - üzərində çəkilmiş  gösrtəricilərlə - ”yol patrul xidmətinin əməkdaşı”, ”tramvay”, “tpoleybüs”, “avtobus” ,”minik maşını”, ”yanğından mühafizə avtomobilı”, ”taksi”, “yük maşını”, ”təcili yardım” biri birindən fərqlənsələr də, ümumi yol hərəkəti prosesinin, piyada mədəniyyətinin formalaşmasında fəal iştirakçılara çevrilmişdilər.  “Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” yekun tədbiri saat 12-30 da başladı. Layihənin rəhbəri N.Nəcəfov tədbirə toplaşanları salamladı, “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin məktəblilər üçün fərdi təhlükəsizlik baxımından  böyük əhəmiyyətini  qeyd etdi. Sonra  “4 yol ayrıcı“ dekorasiyası üzərində şagirdlərin iştirakı ilə rollu, situativ oyun keçirildi.30 şagird layihə nətiçəsində əldə etdikləri bilikləri, qazandıqları düzgün, təhlükəsiz davranış qaydalarını əyani olaraq,  nümayiş etdirdilər.

Layihənin yekun tədbirində iştirak edən C, Nurməmmədov adına 108  № li tam orta məktəbin TTDM  Z.Əkbərova, Təşkilatçı İ.Quliyeva, UBR A.Pənahova, psixoloq T.Bayramova,sinif rəhbəri A.Nağızadə  şagirdlərin piyada mədəniyyətinə yiyələnmələri  istiqamətində nümayiş etdirdikləri təhlükəsiz davranış qaydalarını, onların uğuru kimi qeyd etdləri və məktəblilərə həmişə yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət etməyi tövsiyyə etdilər.

Yekun tədbirdəiştirak edən hər bir şagirdin valideyni önündə məktəbin pedaqoji kollektivinin üzvləri tərəfindən  şagirdlərə loqolu Sertifikat, loqolu Hədiyyə çantası, loqolu xüsusi geyim dəsti təqdim edildi. 108 № li tam orta məktəbə layihənin Posteri və Vımpel təqdim olundu. Şagirdlər və onların valideynləri tədbirdən razı  qaldılar. QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin maliyyə yardımı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində  icra olunan “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsi məktəblilərdə məmnunluq doğurdu. Oğlan və qızlar yeni-eni layihələrdə iştirak etmək arzularını bildirdilər.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri