Yeniyetmələrə yönəlmiş zərərli qida reklamları onların sağlamlığına necə təsir edir?
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 20 iyun, AZƏRTAC
Nyu-York Şəhər Universitetinin (CUNY) əməkdaşları “Piylənmə baxışları” (“Obesity Reviews”) jurnalının son sayında qeyri-sağlam qida marketinqinin yeniyetmə və gənclərə təsirinə dair geniş icmal dərc ediblər.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, icmal 108 tədqiqat və 19 ədəbiyyat icmalının nəticələrinə əsaslanır. Universitetin siyasət üzrə direktoru Rositsa İliyevanın rəhbərlik etdiyi müəllif heyəti qeyd edir ki, gənclər qeyri-sağlam qidaların reklamlarına geniş şəkildə məruz qalırlar. Bu da qeyri-sağlam məhsulların istehlakının artmasına və qidalanma problemlərinin yaranmasına səbəb olur.
Müəlliflər bildirirlər ki, xüsusilə çoxsaylı KİV-də eyni anda məruz qalma halları az öyrənilib, lakin bu cür məruz qalmanın təsirləri əlavə tədqiqatlar tələb edir.
Universitetin professoru Nikolas Fredenberq vurğulayıb: “Qeyri-sağlam qidalar qarşısı alına bilən xəstəliklərin və vaxtından əvvəl ölümlərin əsas qlobal səbəbidir. Gəncləri hədəf alan bu məhsulların intensiv və çox vaxt aldadıcı marketinqinin daha sərt şəkildə tənzimlənməsinə təcili ehtiyac var”.
Digər həmmüəlliflər arasında hazırda London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi və Kolumbiya Universitetində təhsil alan tələbələr də yer alır.
Baxış sayı:135
Bu xəbər 23 İyun 2025 07:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















