Icma.az
close
up
RU
“Süni intellekt heç vaxt şairi əvəz edə bilməz” Zəka duelinin ilk QARŞILAŞMASI

“Süni intellekt heç vaxt şairi əvəz edə bilməz” Zəka duelinin ilk QARŞILAŞMASI

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir çox insan düşünür ki, süni intellekt əməyi də süniləşdirdi. Bu texnologiyanın bəzi peşələri sıradan çıxaracağıyla bağlı müxtəlif proqnozlar verilir. Artıq insanlar süni intellektə nəinki sual verir, hətta ondan psixoloq, qrafik dizayner, həkim, müğənni, şair, bəstəkar kimi belə istifadə edirlər.
Bəs görəsən işin peşəkarları buna nə deyir?
Bizim.Media yeni “Zəka dueli” adlı rubrikasında müxtəlif sahələr üzrə süni intellekt məhsuluna həmin sahənin peşəkarlarından münasibət öyrənir.
Rubrikamızın ilk qarşılaşması şair və süni intellektdir.
Maraqlıdır ki, bir informasiyanı öyrənmək üçün süni intellektə müraciət edə bilərik. Amma insanın ruhuna toxunmaq necə?
Yəni, adında belə “süni” sözü olan texnologiyanın  yazacağı bir şeir insanın ruhuna toxuna bilərmi?
İlk olaraq “ChatGPT” proqramında süni intellektdən xahiş etdik ki, bizə heca vəznində, “vətən” mövzusunda bir şeir yazsın.
Onun yazdığı şeiri təqdim edirik:
Vətən elə torpaq deyil təkcə sən,
Hər daşın altında bir nəfəs, bir can.
Minlərin alın tərindən yoğrulan
Bir ad var — ucalır çağlardan o yan.
Sınanda yolların, dayanır özü,
Düşəndə çiyninə qaldırır səni.
Dağların, çayların səsinə baxsan —
Hər səsi içində yaşadır məni.

Vətən od deməkdir, külə dönməyən,
Düşmənə boy verməz, dosta əyilməz.
Bir millət nəfəsi dolaşır onda,
Bu ad heç bir zaman yerlə silinməz.
Daha sonra isə həm mövzuya, həm də bu şeirə bir şair münasibətini öyrəndik. Şair Qəşəm Nəcəfzadə Bizim.Media-ya açıqlamasında süni intellektin yazdığı bu şeiri həm üslub, həm məna, həm də insana təsir baxımından dəyərləndirib:
“Bu, mənasız, süni şeirdir. İnsan duyğusu, hiss yoxdur”, deyə şair qeyd edib.
O, nümunə olaraq, misraları təhlil edib.
“Birinci misrada "təkcə sən" artıqdır. Birinci bəndin 4- cü misrasında “  o yan” sözü də artıqdır. “Minlərin” sözü həmin misrada yerində deyil.
İkinci bənd ümumiyyətlə mənasızdır, heç bir söz bir-biriylə uyğun gəlmir. Nə fikir ardıcıllığı, nə də sözlərin mənası var. "Yerlə silinməz" ifadəsinin mənası yoxdur”.
“Süni intellekt heç vaxt şairi əvəz edə bilməz...”
Qəşəm Nəcəfzadə bildirib ki, süni intellekti yaradan da insandır:
“Məlumat əldə etməkdən ötrü süni intellekt əvəzsizdir, hər zaman əlimizin altında olmalıdır. Ancaq o, şeir yaza bilməz. Sözləri quraşdırır, qafiyələndirir. Amma bu, poeziya deyil. Şübhəsiz ki, mən insanın  və süni intellektin yazdığı şeirləri ayırd edə bilərəm. Buna görə də süni intellekt heç vaxt şairi əvəz edə bilməz, heç buna cəhd də etmək olmaz”- deyə o, qeyd edib.
Süni intellektlə təbii zəkanın müqayisəli nümunəsi üçün elə rubrikamızın qonağı olan Qəşəm Nəcəfzadənin “Ay Vətən” şeirini təqdim edirik:
Ay Vətən
Təndir çörəyini kökə elədik,
Torpağını seçdik bölgə elədik.
Böldük səni tikə - tikə elədik,
Bacın ölsün, anan ölsün, ay Vətən!

Səni vurduq sonra sözlə bələdik,
Körpəlikdən babamıza bələdik.
Göyçə gölün Sevan gölü elədik,
Durnan ölsün, sonan ölsün, ay Vətən!

Şer yazdıq, bəlkə təzə ev alaq,
Tərif dedik, bircə pillə ucalaq.
İndən belə başımıza əl çalaq,
Əli - ələ çalan ölsün, ay Vətən!

Mən bilmirəm axşam nədi, gün nədi?
Qız- gəlinin əsir- yesir gündədi.
Şuşam getdi, bir balam var, dinmədim,
Mənim kimi balan ölsün, ay Vətən!

Al qılıncı, vur düşməni böl iki,
Bu düşmənlər səni elə bölüb ki ...
İndən belə şer vaxtı deyil ki,
Bu şeri yazan ölsün, ay Vətən!
Nəzrin Mirzəyeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri