Icma.az
close
up
RU
“Yer kürəsi uşaqların gözü ilə”: Leyla və Arzu Əliyeva fotosərgidə FOTOLAR

“Yer kürəsi uşaqların gözü ilə”: Leyla və Arzu Əliyeva fotosərgidə FOTOLAR

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Noyabrın 18-də Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırılıb və fotosərgi açılıb.

Globalinfo.az xəbər verir ki, tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər ƏliyevFondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Maliki, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Layihə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, tanınmış̧ fotoqraf Reza Deqatinin təşəbbüsü̈ ilə həyata keçirilib.

Tədbirdə çıxış edən Leyla Əliyeva bildirib ki, bu sərgi planetimizin gözəlliklərini və onun üzləşdiyi çağırışları uşaqların gözü ilə nümayiş etdirir. “Onların baxışlarında mərhəmət, anlayış və həssaslıq var. Mən düşünürəm ki, hər birimizdə təbiəti mühafizə etmək istəyi mövcuddur. Biz bu hislə dünyaya gəlirik, ancaq vaxt keçdikcə bunu unuduruq. Bu sərgi bizə ayaq saxlamağı, dərindən nəfəs almağı, təbiəti və həyatı hiss etməyi bir daha xatırladır. Uşaqlar təkcə bizim gələcəyimiz deyil, onlar, həmçinin bizim bu günümüzdür. Yalnız uşaqlar bu günlə yaşamağı bacarırlar”.

Layihənin təşəbbüskarı, tanınmış fotoqraf Reza Deqati deyib ki, bu sərginin məqsədi balacaların gözü ilə dünyanın diqqətini təbiətə, onu sevməyə və qorumağa yönəltməkdir. Müsabiqə ikinci dəfədir təşkil olunur. “Biz Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu mövzuya müraciət etdik. Qısa zamanda dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə uşaq bu təşəbbüsə qoşuldu. Uşaqlar öz fotoları ilə təbiəti sevdiklərini və onu qorumağın vacib olduğunu hər kəsin bir daha diqqətinə çatdırırlar”, – deyən R.Deqati əlavə edib ki, 60 ilə yaxındır bu sənətlə məşğul olmasına baxmayaraq, azyaşlı uşaqların təbiət mövzusunda çəkdikləri fotoşəkillər onu heyrətləndirib. “Biz bu şəkilləri böyüklərə göstərdik ki, görsünlər uşaqlar nə deyirlər. Gəlin uşaqların sözlərinə baxaq. Çünki onlar hamını təbiəti sevməyə və qorumağa çağırır. İnanıram ki, hər kəs onların bu çağırışına həssaslıqla yanaşacaq”, – deyə o bildirib.

Tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu vurğulayan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva qeyd edib: “Biz buraya gənclərə və körpələrə sağlam planeti necə təmin etmək öhdəliyimizi müzakirə etmək üçün toplaşmışıq. IDEA İctimai Birliyi ilə uşaqların, eyni zamanda, BMT-in dostu olan Rezanın iştirakı ilə bu birgə səylərin bir hissəsi olmaqdan çox məmnunam”.

Müsabiqənin münsiflər heyətinin üzvlərindən biri olmağın qürurverici olduğunu söyləyən COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova bildirib: “Uşaqlara, gənclərə, böyüklərə müraciət edirik ki, həmişə təbiəti sevsinlər və onu çirkləndirməkdən çəkinsinlər. Biz yaşıl dünyanı miras qoymaq istəyirik və uşaqlarımızın indi yaşadığımızdan daha davamlı, daha yaşıl dünyada yaşamalarını diləyirik”.

Çıxışlardan sonra fotomüsabiqədə iştirak edən uşaqlara sertifikatlar təqdim olunub.

Sonra iştirakçılar “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqə çərçivəsində təşkil olunmuş sərgiyə baxıblar. Sərgidə müsabiqə qaliblərinin və digər iştirakçıların əsərləri nümayiş etdirilib.

Qeyd edək ki, oktyabrın 11-dən noyabrın 2-dək 18 yaşadək uşaqlar və yeniyetmələr arasında keçirilən fotomüsabiqənin məqsədi iqlim məsələləri ilə bağlı məlumatlılığı artırmaq, eyni zamanda gəncləri təbiətin gözəlliyi, çirklənmə və iqlim dəyişmələrinin yaratdığı problemlərlə bağlı öz baxışlarını bölüşməyə dəvət etməkdir.

“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altında keçirilən və 3 000-dək fotonun təqdim olunduğu müsabiqədə ümumilikdə 14 namizəd mükafatlandırılıb.

10-18 yaş kateqoriyası üzrə Filippin, Şri-Lanka və Maltadan olan üç namizəd müvafiq olaraq birinci, ikinci və üçüncü yerə layiq görülüb. Eyni kateqoriya üzrə Banqladeş, Böyük Britaniya, İran, İrlandiya və Myanmadan olan 5 fotoqrafa isə yaradıcı və düşündürücü fotoşəkillərinə görə fəxri mükafatlar təqdim edilib.

10 yaşadək kateqoriya üzrə isə Fransa, İran, İsveçrə və Türkiyədən olan beş finalçı mükəmməl təqdimatlarına görə, Azərbaycandan olan fotoqraf isə ev sahibi kateqoriyasında münsiflər heyəti, “Reza Visual Academy”, “Degati Agency” və “Webistan” təşkilatları tərəfindən xüsusi mükafatlara layiq görülüblər.

Müsabiqəyə Azərbaycanla yanaşı 50 ölkədən – ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Danimarka, Fransa, İsveçrə, İtaliya, Kanada, Norveç və digər ölkələrdən iştirakçılar qatılıb. Namizədlərin müsabiqəyə təqdim etdikləri fotolar iqlim dəyişmələri ilə bağlı məlumatlılığın artırılması, problemin həll yollarının vurğulanması və planetimizi qorumaq naminə məsuliyyət hissini bölüşmək kimi mövzuları əhatə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri