Icma.az
close
up
RU
Статья не опубликована
Yer planeti haqqında maraqlı faktlar

Yer planeti haqqında maraqlı faktlar

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

• Yer Günəş sistemində beşinci ən böyük planetdir və təxminən 4,5 milyard il əvvəl yaranıb.
• Yer kainatda həyat olan yeganə məlum astronomik obyektdir və Günəş sistemində qədim tanrıların adını daşımayan yeganə planetdir. Yer həm də Günəş sisteminin ən sıx planetidir.
• Yerin nüvəsinin təxminən 1200 km radiusu olduğu və təxminən 85 faizinin dəmirdən, 10 faizin isə nikeldən ibarət olduğu güman edilir.
• Yer qabığının orta qalınlığı təqribən 30 kilometr, dağ silsilələri altında isə 80 kilometrə çatır.
• Yer səthinin 70%-i su ilə örtülüdür. Bunun isə yalnız 3%-i içməli sudur.
• İnsanların aşkar və təsdiq etdiyi ən qədim həyat bakteriyaların 3,5 milyard il əvvəl, yəni planetimizin atmosferində oksigen meydana gəlməzdən əvvəl Yer kürəsində yaşamasıdır.
• Yer kürə kimi təsəvvür edilir, lakin əslində Yerin geoid forması var, o, bir az düz sferoidə bənzəyir. Bu, onun fırlanması və cazibə qüvvəsi ilə bağlıdır. Yer qütblərə doğru yastılaşır, ekvatora doğru isə qabarır. Ekvatorda Yerin diametri qütblər arası olan diametrdən təxminən 43 km uzundur.
• Yer Günəş sistemində aktiv tektonik plitələrə malik yeganə planetdir. Bu plitələr həm də dağların, seysmik proseslərin və vulkanların əmələ gəlməsinə cavabdehdir.
• Kosmos rəsmi olaraq 100 kilometr yüksəklikdən başlasa da, atmosfer planetimizi 10 000 kilometrə qədər məsafədə əhatə edir. 19 kilometr yüksəklikdə təzyiq o qədər aşağıdır ki, skafandrsız adamın damarlarında qan qaynaya bilər. Orada həm də atmosferin özü çox seyrəkdir. Bütün atmosferin dörddə üçü 11 kilometrə qədər yüksəklikdə yerləşir.
• Sutkada əslində 24 saat yox, 23 saat 56 dəqiqə 4 saniyə var.
• Hazırda Yer ətrafında diametri 10 santimetrdən çox olan 22 mindən çox süni obyekt fırlanır və bütün bunların demək olar ki, 90%-i kosmik tullantıları olan raket və peyklərin tullantılarıdır.
• Uzaq keçmişdə planetimizin atmosferində daha çox oksigen olmuşdur. Alimlər hesab edirlər ki, dinozavrların bu qədər nəhəng ölçülərə çatmasının səbəbi də bu olmuşdur.
• Sakit Okeanın sahəsi bütün Yer kürəsinin quru sahəsinini ümumi sahəsindən çoxdur.
• Alimlərin fikrincə, ümumilikdə dünya okeanlarının sularında bakteriyadan tutmuş balıq və məməlilərə qədər 1,2 milyona yaxın müxtəlif canlı növü yaşayır.
• Yerin ərimiş nüvəsinin temperaturu təxminən Günəşin səthinin istiliyinə bərabərdir.
• Yer üzündə indiyə qədər qeydə alınan ən aşağı temperatur (-89,2 dərəcə) Antarktidada, ən yüksək temperatur isə (+57,8 dərəcə) isə Liviyanın Əl-Əziziya şəhərində qeydə alınmışdır.
• Planetimizin qitələri ildə təxminən 2 santimetr sürətlə hərəkət edir.
• Yerin maqnit sahəsi Günəşin yüksək enerjili hissəciklər tərəfindən davamlı bombardmanına qarşı qalxan rolunu oynayır. Bu sahə Yerin daxili nüvəsindən günəş küləyi ilə toqquşduğu sərhədə qədər uzanır.
• Bəşər tarixi boyunca Yer kürəsində təxminən 106 milyard insan yaşamışdır.\

Elşad Səfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 29 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see187

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see138

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see128

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri