Icma.az
close
up
RU
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş

Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Qəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur. Əlbəttə ki, bir insanın yalnız qəhvə sifarişinə baxaraq xarakterini dəqiq şəkildə təyin etmək mümkün deyil, lakin bəzi tədqiqatlar qəhvə seçimləri ilə müəyyən şəxsiyyət xüsusiyyətləri arasında maraqlı əlaqələr ola biləcəyinə işarə edir.

Milli.Az xəbər verir ki, Kaliforniya mərkəzli klinik psixoloq Dr. Ramani Durvasula şəxsiyyət xüsusiyyətləri üzrə apardığı tədqiqatlarla tanınır. Durvasula 2013-cü ildə nəşr olunan "Why Do You Eat That?" adlı kitabında təxminən 1000 nəfərin qatıldığı bir araşdırmanın nəticələrinə yer verib. Tədqiqatda qida seçimləri ilə şəxsiyyət xüsusiyyətləri arasındakı əlaqələr araşdırılarkən, qəhvə seçimləri də diqqət çəkən başlıqlardan biri olub.

Qəhvənizi necə içdiyiniz sizin haqqınızda nə deyir?
Sadə qəhvə içirsinizsə...
Qəhvəsinə şəkər, süd və ya sirop əlavə etməyənlər adətən daha sadə seçimlərdən xoşlanan insanlar kimi qiymətləndirilir. Durvasula-nın araşdırmasına görə sadə qəhvəyə üstünlük verənlər məhsuldar olurlar. Bu insanlar həyatda da işləri həddindən artıq mürəkkəbləşdirmədən birbaşa nəticəyə getməyə üstünlük verirlər.

Sadə qəhvə ilə bağlı daha fərqli bir əlaqə isə Şimal-Qərb Universitetinin (Northwestern University) tədqiqatçılarının apardığı işdə ortaya çıxıb. Araşdırmada sadə qəhvə və bitter şokolad kimi acı dadlara üstünlük vermək ilə kofeinin metabolizması arasında genetik bir əlaqə olduğu qeyd edilib. Tədqiqatın müəllifi Merlin Kornelisin sözlərinə görə, bəzi insanların kofeinin stimullaşdırıcı təsirlərini daha sürətli metabolizə etməsi onları daha çox kofeinfə istehlak etməyə istiqamətləndirə bilər.

Latte və ya kapuçino sevirsinizsə...
Latte və kapuçinoya üstünlük verənlər isti qanlı, açıq fikirli və səxavətli olurlar. Başqalarına kömək etməyi sevirlər və sosial mühitə daha tez uyğunlaşırlar.

Bu xüsusiyyətlərin bir mənfi cəhəti də ola bilər: başqalarını razı salmağa həddindən artıq önəm verən insanlar zaman-zaman öz ehtiyaclarını arxa plana ata bilərlər. Deməli, latte seçimi təkbaşına bir şəxsiyyət testi deyil, yalnız araşdırmalarda ortaya çıxan maraqlı bir əlaqədir.

Buzlu qəhvə içirsinizsə...
Buzlu qəhvə xüsusilə son illərdə qəhvə mədəniyyətinin ən populyar seçimlərindən birinə çevrilib. Araşdırmalarda isə bu seçimin daha spontan və macəraruhlu şəxsiyyət xüsusiyyətləri ilə əlaqələndirildiyi görünür. Durvasula-nın işinə görə, buzlu qəhvə sevən insanlar daha şıltaq, yaradıcı və təxəyyülü yüksək olurlar. Planlaşdırılmamış səyahətə son anda qoşulmaq və ya ani qərarlar vermək bu insanların xarakterik xüsusiyyətləri arasında qiymətləndirilir.

Bununla birlikdə, araşdırmada bu qrupun zaman-zaman daha impulsiv qərarlar verməyə meyilli ola biləcəyi də qeyd edilib. Vaşinqton Universitetinin epidemiologiya professoru Adam Drevnovski isə xüsusilə şəkər və ətirlər əlavə edilən soyuq qəhvələrin zaman-zaman qazlı içkilərə bənzəyə biləcəyinə diqqət çəkir. Buna görə də qəhvənin özündən çox, içinə əlavə edilən şəkər və digər komponentlərin istehlak vərdişi baxımından önəm daşıya biləcəyini bildirir.

Kofeinsiz qəhvə və ya bitki mənşəli süd seçirsinizsə...
Qəhvəsini sifariş edərkən çoxsaylı təfərrüatlara diqqət yetirənlərin də özünəməxsus profili olduğu irəli sürülür. Məsələn, kofeinsiz qəhvə, yulaf südü, köpüksüz qəhvə və ya müəyyən temperaturda hazırlanmış içkilərə üstünlük verən insanlar Durvasula-nın araşdırmasında daha nəzarətli və mükəmməlçi xüsusiyyətlərlə əlaqələndirilir. Bu insanlar nə istədiklərini bilmə, təfərrüatlara diqqət yetirmə və müəyyən etdikləri standartlardan asanlıqla vaz keçməmə meylində ola bilərlər.

Digər tərəfdən, bu cür seçimlər hər zaman şəxsiyyət xüsusiyyəti demək deyil. Kofeinsiz qəhvə sağlamlıq və ya yuxu rejimi səbəbindən, bitki mənşəli süd isə qidalanma üstünlükləri səbəbindən seçilə bilər.

Qəhvə seçimlərinin şəxsiyyət haqqında ipucu verə biləcəyi ilə bağlı araşdırmalar mövcud olsa da, bunları qəti bir şəxsiyyət testi olaraq qiymətləndirmək doğru olmaz. Bir insanın sadə qəhvə içməsi onun mütləq tərs, latte içməsi isə qətiyyən insanları razı salmağa çalışan biri olduğu mənasına gəlmir. Qəhvə seçimini damaq dadı, sağlamlıq, qidalanma vərdişləri, mədəniyyət və hətta həmin günkü əhval-ruhiyyə belə təsir edə bilər. Yenə də növbəti qəhvə sifarişinizdə fincanınıza baxıb özünüzlə bağlı bu xüsusiyyətlərdən hansıların sizə uyğun olduğunu düşünmək olduqca əyləncəli ola bilər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Sentyabr 2026 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri