Icma.az
close
up
RU
Su ehtiyatlarımız tükənir: Dəniz suyundan istifadə olunacaq?

Su ehtiyatlarımız tükənir: Dəniz suyundan istifadə olunacaq?

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Dəniz suyunun təmizlənərək istifadə olunması bir çox ölkələrdə geniş tətbiq olunur. Xüsusilə su ehtiyatları az olan ölkələrdə, məsələn, Səudiyyə Ərəbistanı, Qətər və digər ərəb ölkələrində, həmçinin İsraildə bu metod geniş istifadə edilir. Avstraliyada kənd təsərrüfatında, ABŞ-ın bir çox kənd təsərrüfat sahələrində isə dəniz suyu xüsusi üsullarla təmizlənərək istifadə olunur".
Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
O, bildirib ki, Azərbaycan da artıq dəniz suyunun təmizlənməsi, yəni, dusuzlaşdırılması sahəsində investisiya yatırmağı planlaşdırıb və bu məqsədlə müqavilələr imzalanıb:
"Məsələn, Aqua Power şirkəti tərəfindən belə bir zavodun tikintisi nəzərdə tutulur. Bununla yanaşı, ölkədə su ehtiyatlarının qənaətlə istifadə olunması vacibdir. Qafqazda ən az su ehtiyatına malik olan ölkə kimi, Azərbaycanın su ehtiyatlarının 70%-i transitdir və qonşu ölkələrdən asılıdır. İçməli su ehtiyatları isə yalnız 35–37% təşkil edir".
Ekoloq bildirib ki, suvarma sistemində problemlər mövcuddur: 
"Boru xətləri və su saxlama ambarları kifayət qədər müasir deyil, torpaq kanallarda isə 40–50%-ə qədər su itkisi baş verir. Əkin sahələrinin əksəriyyətində tətbiq olunan səpələmə üsulu suyun bitkinin yuxarı hissəsinə çatmasına imkan verir, aşağı hissələr isə kifayət qədər su almır. Bu səbəbdən müasir suvarma metodlarının tətbiqi zəruridir".
Onun sözlərinə görə, əgər müasir metodlar tətbiq olunarsa, su ehtiyatlarından qənaətlə istifadə etmək mümkün olacaq və texniki məqsədlər üçün də təmizlənmiş su istifadə edilə bilər:
"Bununla belə, bu proses müəyyən qədər maliyyə və texniki resurs tələb edir, məsələn, membranların dəyişdirilməsi və daha kiçik membranlardan istifadə kimi".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri