Yerdən Azərbaycan bayrağı tapan Liverpul azarkeşinin sözləri DİQQƏT ÇƏKDİ VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Çempionlar Liqası çərçivəsində keçirilən "Liverpul" - "Qarabağ" oyunu zamanı maraqlı və duyğulandıran hadisə yaşanıb.
Milli.Az xəbər verir ki, matçı izləməyə gələn "Liverpul" azarkeşlərindən biri yerdə Azərbaycan bayrağı tapıb. Həmin anlar və azarkeşin söylədikləri sosial şəbəkələrdə sürətlə yayılaraq gündəmə çevrilib.
Azarkeş bildirib ki, bayrağı yerdə gördükdə dərhal götürüb:
"Bayrağı yerdən tapanda düşündüm ki, bu, gözəl Azərbaycan xalqınındır. Bayraq heç vaxt yerdə qalmamalıdır. Bilirəm, səhv tərəfdən tutmuşam, amma niyyətim onu qorumaq idi. Fikirləşdim ki, bunu saxlayım, evə aparım. Azərbaycan bayrağı dalğalansın".
Onun bu davranışı və söylədikləri futbol azarkeşləri və sosial media istifadəçiləri tərəfindən maraq və rəğbətlə qarşılanıb. Hadisə geniş müzakirələrə səbəb olub, bir çoxları azarkeşin Azərbaycan bayrağına göstərdiyi hörməti yüksək qiymətləndiriblər.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 03 Fevral 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















