Yerə baxa baxa yolu keçən piyada qəzadan son anda xilas oldu VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıt şəhəri, Babək küçəsində qayda pozan piyada qəzadan son anda xilas olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 10-da axşam saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, piyada hərəkətdə olan nəqliyyat vasitələrinə əhəmiyyət vermədən yerə baxa-baxa yolu keçir. Bu vaxt sol tərəfdən gələn avtomobilin sürücüsü onu görərək siqnal verir. Siqnal səsindən sonra dayanan piyada son anda maşına çırpılmaqdan qurtulur.
Qeyd edək ki, sözügedən ərazidə piyada keçidləri mövcuddur. Elə videoda da qayda pozan piyadadan bir neçə metr kənarda keçidin olduğu aydın şəkildə görsənir. Lakin bəz piyadalari keçiddən istifadə etmirlər və bir neçə saniyəlik olsa belə yolu boş görən kimi keçirlər. Nəticədə onlar həm özlərini, həm də sürücüləri təhlükə qarşısında qoyurlar.
Nərmin


