Icma.az
close
up
RU
Yerin daha bir kvazi peykinin olması təsdiq edilib

Yerin daha bir kvazi peykinin olması təsdiq edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 oktyabr, AZƏRTAC

Havay Universiteti tərəfindən kəşf edilən 2025 PN7 “kvazi-ay” kimi təsdiqlənib. Yəni o, həqiqi peyk deyil, amma Günəş ətrafında Yerlə o qədər oxşar trayektoriya ilə dövrə vurur ki, sanki orbitimiz boyunca planetimizi kölgə kimi izləyir.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

İlk dəfə 1991-ci ildə “Spacewatch” layihəsi tərəfindən kəşf olunan Yerətrafı asteroidlərin ulduzlarası kosmik zond olduğu düşünülmüşdü. İndi isə həmin obyektlər sadəcə Yerətrafı asteroidlər kimi təsnif olunur. İllər ərzində Yerətrafında kəşf olunan asteroidlərin sayı davamlı olaraq artır və onlar Arcuna adı altında 2-ci asteroid qurşağı kimi qəbul olunub. Vaxtaşırı bu asteroidlərdən bəziləri Yerin cazibəsinə düşərək onun kvazi-peykinə çevrilirlər. Kardeya, Kamoaleva, 277810, 2013 LX 28 , 2014 OL 339 , 2023 FW13-dən sonra 2025 PN7 də bu siyahıya qoşuldu.

Hesablamalara əsasən, 2 avqustda Pan-STARRS 1 teleskopu vasitəsilə kəşf olunmuş asteroidin ölçüsü cəmi 18-36 metrdir. Aydan fərqli olaraq, Yerə cazibə ilə bağlanmayıb. Hazırkı orbit sabit qalsa, bu yeni “ay” təxminən 2083-cü ilədək bizimlə qalacaq, sonra isə açıq kosmosda uzaqlaşacaq. Asteroid orbitinin perihelisində Yerdən 4 milyon kilometr (Ay məsafəsindən təxminən 10 dəfə uzaq), ən uzaqda isə 17 milyon kilometr məsafədən keçir. Bu qədər fərq Günəşin və qonşu planetlərin cazibə təsirinin nəticəsidir.

Obyekti tapmaq asan olmayıb. Çox zəif olan asteroidi komanda ilin əvvəlində rutin müşahidə zamanı ulduz fonunda solğun bir nöqtə kimi görüb və həftələrlə izlədikdən sonra təsdiqləyib ki, Yer daha bir müvəqqəti “ay” qazanıb. İndiyədək cəmi 7 kvazi-ay məlumdur. Bu cür obyektlər asteroidlərin hərəkətini, Yerin cazibəsinin ətraf məkanı necə formalaşdırdığını anlamağa kömək edir və gələcək missiyalar üçün əlçatan, nisbətən sabit “sınaq meydanı” ola bilər.

Qeyd edək ki, sözügedən elmi araşdırma “Research Notes of the AAS” jurnalında çap olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri