Icma.az
close
up
RU
Yerin qravitasiyası yox olacaq?

Yerin qravitasiyası yox olacaq?

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

BDU-nun Astrofizika kafedrasından Ölkə.az-a bildirilib ki, bu məlumatların heç bir elmi əsası yoxdur.

Qeyd edilib ki, onlar müasir fizikanın fundamental qanunlarına tamamilə ziddir: "Yerin cazibə qüvvəsi onun kütləsi ilə müəyyən olunur. Nyutonun Ümumdünya cazibə qanununa əsasən, Yerin cazibə qüvvəsi onun kütləsi və radiusu ilə müəyyən edilir. Qravitasiya qüvvəsinin qəfil yox olması yalnız Yerin kütləsinin birdən-birə yox olması və ya təbiətin fundamental qanunlarının dəyişməsi kimi fiziki cəhətdən mümkün olmayan hadisələr nəticəsində baş verə bilər. Hazırda belə bir hadisənin baş verəcəyini göstərən heç bir elmi əsas yoxdur.

Sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda bu hadisənin səbəbi kimi qravitasiya dalğaları və ya qara dəliklərin toqquşması göstərilir. Əslində isə qravitasiya dalğaları fəza-zamanda son dərəcə kiçik dəyişikliklər yaradır və onların Yer səthində insanların hiss edə biləcəyi və ya Yerin cazibə qüvvəsini dəyişdirə biləcəyi təsiri yoxdur: "Bəzi paylaşımlarda adı çəkilən, guya NASA tərəfindən hazırlanmış "Project Anchor" adlı hesabat da rəsmi elmi sənəd deyil və etibarlı elmi mənbələr tərəfindən təsdiqlənməyib.

Həmin tarixdə əslində hansı astronomik hadisələr baş verəcək?

• Perseid meteor yağışının maksimumu - 13 avqust tarixində müşahidə olunacaq. Bu, ilin ən zəngin meteor yağışlarından biridir və Bakıdan da əlverişli şəraitdə izlənilə bilər.

• 12 avqust tarixində tam Günəş tutulması baş verəcək. Tam tutulma əsasən Qrenlandiya, İslandiya və İspaniyanın şimal hissəsindən görünəcək. Azərbaycandan isə müşahidə olunmayacaq.

Bu hadisələrin heç biri Yerin qravitasiya sahəsinə təsir göstərmir. İnsanlara astronomiya ilə bağlı məlumatları yalnız rəsmi elmi təşkilatların, rəsədxanaların və etibarlı beynəlxalq elmi qurumların açıqlamalarına əsasən izləmək tövsiyə olunur. Astronomik hadisələr maraqlı və möhtəşəm olsa da, onların ətrafında yayılan sensasiya xarakterli, lakin elmi əsası olmayan məlumatlara tənqidi yanaşmaq vacibdir.

13 avqust 2026-cı ildə Yerin qravitasiya qüvvəsinin yox olması və ya insanların çəkisizlik vəziyyəti yaşaması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Yer öz adi fiziki rejimində fəaliyyətini davam etdirəcək və planetimizin cazibə qüvvəsində heç bir dəyişiklik baş verməyəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Avqust 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri