Icma.az
close
up
RU
Yerlan Nısanbayev: “ Adekvat iqlim maliyyəsi olmadan emissiyaların azaldılması bəyannamə olaraq qalır EKSKLÜZİV

Yerlan Nısanbayev: “ Adekvat iqlim maliyyəsi olmadan emissiyaların azaldılması bəyannamə olaraq qalır EKSKLÜZİV

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün qlobal iqlim probleminin həlli yolunda əsas məsələ iqlim maliyyələşdirilməsinin məqsəd və mexanizmlərinin müəyyən edilməsidir.

Gununsesi.info  “Report” a istinadən xəbər verir ki, bunu Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev bildirib.

“Ümumi bir həll tapmalı olduğumuz əsas məsələ iqlimin maliyyələşdirilməsidir. Ciddi maliyyə dəstəyi olmasa, tullantıların azaldılması üzrə bütün tədbirlərimiz səmərəliliyini itirir”, – o qeyd edib.

Nazirin sözlərinə görə, bir çox inkişaf etməkdə olan ölkələr artıq emissiyaların azaldılması ilə bağlı öhdəliklər götürüblər, o cümlədən Qazaxıstan ötən il metan tullantılarını azaltmağı öhdəsinə götürüb: “Lakin maliyyələşmə məsələsində müəyyən irəliləyişlərə baxmayaraq, onun məbləği hələ də yetərli deyil”.

Nazir COP29 konfransının sonuna kimi bu məsələ ilə bağlı yekun qərarların qəbul olunacağına ümid etdiyini bildirib: “Çünki maliyyə mexanizmləri olmadan bütün vədlər yalnız kağız üzərində qalmaq riski ilə üzləşəcək. Bu, təməl daşıdır, onsuz dediyimiz və planlaşdırdığımız hər şey deklarativ xarakter daşıyır”.

Onun sözlərinə görə, iqlim dəyişikliyi problemi bir ölkə və ya region səviyyəsində həll oluna bilmədiyi üçün bütün ölkələrin birgə fəaliyyətini tələb edir.

“Bütün dövlətlərin fəaliyyətini sinxronlaşdırmaq lazımdır. Yalnız bu yolla istədiyimiz nəticəni əldə edə bilərik. Əks halda, parça-parça tədbirlər uğursuzluğa məhkumdur”, – o əlavə edib.

Y.Nısanbayev Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlığını da yüksək qiymətləndirərək, qısa müddətdə tədbirin ən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. (“Report”)

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Noyabr 2024 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see201

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see142

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see128

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see128

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see127

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see127

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see121

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see119

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri