Icma.az
close
up
RU
“Yerli məşqçilərə güvənmirlərsə, Pro kursları nəyə lazımdır?” Mircavadov

“Yerli məşqçilərə güvənmirlərsə, Pro kursları nəyə lazımdır?” Mircavadov

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Kəpəz”i Premyer Liqada Azər Bağırov saxladı. Özü də necə saxladı? Komanda oyunu ilə”.

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

78 yaşlı mütəxəssis ötən gün “Kəpəz”in baş məşqçi Azər Bağırovu istefaya göndərməsinə təəccübləndiyini və təəssüfləndiyini bildirib: “Çox qəribədir. Mən də mat-məətəl qalmışam ki, niyə onu komandadan göndərdilər. Axı “Kəpəz”i düzəltmişdi, öz oyunları var idi. Qələbələri də öz oyunları hesabına qazanırdılar. Birdən-birə niyə onu uzaqlaşdırdılar? Bu, o deməkdir ki, klublarımız azərbaycanlı məşqçilərə güvənmirlər. Əgər yerli məşçilərə güvənmirlərsə, onda niyə hər 2 ildən bir AFFA Pro kursları təşkil edir? Nəyə lazımdır bu? Bunu etməsinlər də. Bilək ki, bizdə yerli məşqçi yoxdur. Məşqçini ancaq xaricdən gətirirlər”. 

A.Mircavadov “Kəpəz”də Azər Bağırova qarşı haqsızlıq olduğunu bildirib: “Azər Bağırovu komandanın ən çətin vəziyyətində dəvət etdilər. O da bu ağır yükü boynuna götürdü və işinin öhdəsindən çox uğurla gəldi. Deməli, bu adam öz işini davam etdirməyə layiq idi. “Kəpəz”in futbolçuları da Azər Bağırova inanırdılar. Bu, futbolda ən əsas amillərdən biridir. Baş məşqçi komandanı bir ailə kmi yığırsa, orda uğur başlayır. Hər komandada bunu yaratmaq olmur. Yəqin ki, Azər Bağırovun yerinə əcnəbi məşqçi gətiriləcək. Klubda yeni rəhbərlik var. Çox qəribədir ki, həmişə yeni gələn rəhbərlik, sponsor  iki gözlə əcnəbi mütəxəssis axtarır. Heç olmasa gözün biri Azərbaycan tərəfə baxsın də. Vallah belə olmaz. Yerli məşqçilərimiz öz işlərini yaxşı bilirlər. SSRİ dönəmindən indiyə qədər klublarımıza baxsaq, görərik ki, bütün uğurlar yerli məşqçilərin adı ilə bağlıdır. Bəs niyə yerlilərə inanmırlar? Çox qəribədir. Amma mən inanıram ki, yaxın gələcəkdə bizim klublarımız öz səhvlərini başa düşəcəklər və yerli məşqçilərə güvənəcəklər. Mən buna əminəm”.

Ramiq Ağaməmmədov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://qol.az
archiveBu xəbər 26 May 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri