Icma.az
close
up
RU
Yerli turistlər Qarabağa turistik səfərə daha çox öncəlik verirlər deyə, xarici tur səfərlərinə maraq azalıb”

Yerli turistlər Qarabağa turistik səfərə daha çox öncəlik verirlər deyə, xarici tur səfərlərinə maraq azalıb”

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Azərbaycan vətəndaşlarının xaricə turizm məqsədilə səfərləri zamanı çəkdikləri xərclər 2025-ci ilin yanvar–sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Dövlət Statistika Komitəsi xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında vətəndaşların xarici ölkələrdə turizm məqsədilə ümumi xərcləri 1 milyard 607,3 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 69,7 milyon manat və ya 4,2% azdır. Turizm məqsədilə səfər edənlərin sayı isə 1 milyon 1,2 min nəfər təşkil edib. Bu, ötən ilin eyni dövründə qeydə alınmış 1 milyon 43 min nəfərlə müqayisədə 41,7 min nəfər və ya 4% azalma deməkdir.

2025-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Hesabat dövründə ümumilikdə 1 milyon 604,9 min nəfər xaricə səfər edib ki, bu da 2024-cü ilin müvafiq göstəricisi olan 1 milyon 647,1 min nəfərlə müqayisədə 42,1 min nəfər və ya 2,6% azdır.

Xərclərin strukturuna baxdıqda, nəqliyyat üçün 577,4 milyon manat xərclənib ki, bu göstərici ötən ilin eyni səviyyəsində qalıb. Yerləşmə xərcləri 396,9 milyon manatdan 374,6 milyon manata düşərək 22,3 milyon manat və ya 5,6% azalıb. Qidalanma xərcləri 322,1 milyon manatdan 314 milyon manata enib (2,5% azalma). Mədəniyyət və istirahət tədbirləri üçün çəkilən vəsait 6,9 milyon manatdan 4,9 milyon manata düşərək 29% azalıb. Turizm zərflərinin alınmasına yönəldilən xərclər də 53,5 milyon manatdan 47,2 milyon manata enib (11,7% azalma).

Azərbaycan vətəndaşlarının xaricə turizm səfərlərinin və bu səfərlərə çəkilən xərclərin azalması hansı səbəblərlə izah oluna bilər? Bu, daxili turizmə marağın artması, yoxsa digər amillərlə bağlıdır?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, yerli turistlər Qarabağa getməyi daha çox tərcih edirlər.

Rəhman Quliyev

“Artıq 5 ildir ki, torpaqlarımız işğaldan azad olunub. Nəzərə alsaq ki, son 3 ildə yəni Xankəndi lokal antirerror əməliyyatından sonra yenidənqurma və bərpa işləri daha sürətli geniş vüsət aldı. Yol infrastrukturu bütün işğaldan azad olunmuş ərazilərimizə, beynəlxalq standartlara uyğun yollar çəkildi. Yeni qəsəbələr salındı. İnsanlar öz dədə-baba yurdlarına qayıtdılar və 3 böyük beynəlxalq hava limanı tikilib istifadəyə verildi. Yerli vətəndaşlar, yerli turistlər Azərbaycan hüdudlarından kənara deyil - Şuşaya, Xənkəndinə, Laçına, Kəlbəcərə və Zəngilana getməyi daha çox tərcih edirlər. Hesab edirəm ki, bu istiqamətdə Şərqi Zəngəzurda Qarabağ iqtisadi rayonunda ən yeni, yüksək, müasir üslubda tikilmiş turizm kompleksləri, otellər və bunu xüsusilə vurğulamaq istəyirəm; təhlükəsizliyin yüksək səviyyədə qorunub saxlanması əsas verir ki, yerli turistlərimiz xaricə deyil, bölgələrimizə daha çox səfər etsinlər. Belə olan zaman təbii ki, xaricə gedən turistlərin böyük bir kütləsi artıq Azərbaycan hüdudlarından kənara deyil, bölgələrimizə səfər etməyə daha çox üstünlük verirlər.

Burda gündəlik turların - Şuşaya, Zəngilana, Laçına təşkil olunması, ümumiyyətlə, bu istiqamətdə Qarabağ turizmin təşviqi hesab edirəm ki, artıq xarici turları kölgədə qoyub. Çünki burda həm insanların öz dədə-baba yurdlarına qayıtması da turistlərə böyük motivasiya verir, güvən yaradır.

Bu gün o bölgələrdə turizmin inkişafı daha da artacaq. Xüsusən də Kəlbəcərdə, Laçında, Zəngilanda termal bulaqlar ətrafında istifadəyə veriləcək sanatoriyalar və bu sanatoriyaların istifadəyə verilməsi - bütün bunlar hamısı turizmin cəlb olunmasına sövq edir. Düşünürəm ki, ölkə prezidentinin nəzarəti altında Qarabağ turizmi günü-gündən daha da inkişaf edəcək”, – deyə Rəhman Quliyev qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Noyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri