Yerli və legioner futbolçular Premyer Liqa klubunda baxışdan keçəcək
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Misli Premyer Liqasında 2025/2026 mövsümünün ikinci yarısına hazırlaşan "İmişli" komandası transfer çalışmalarını davam etdirir. Sport24.az-ın əldə etdiyi məlumata görə, bölgə klubuna bir neçə futbolçu təklif edilib.
Bu, Azərbaycandakı agentlər vasitəsi ilə baş tutub.
Təqdim olunanlar arasında yerli və əcnəbi oyunçular da var. "İmişli" isə həmin futbolçuları baxışa dəvət edib və yekun qərarı baş məşqçi Jorj Kaşkilya verəcək.
Premyer Liqa komandası qışda heyətinə ilk növbədə yeni hücumçu qatmaq niyyətindədir.
Qeyd edək ki, "İmişli" 16 turdan sonra 17 xalla 9-cu pillədə qərarlaşıb.
Baxış sayı:103
Bu xəbər 07 Yanvar 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















