Icma.az
close
up
RU
Yetdiyinə yet, yetmədiyinə bir daş at

Yetdiyinə yet, yetmədiyinə bir daş at

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rüstəm Qaraxanlı yazır...

Los-Ancelesdə baş qaldırmış etiraz aksiyasını yatırmaq üçün şəhərə yeridilən hərbçilərin sayı ABŞ-nin Yaxın Şərqdəki kontingentinin şəxsi heyətindən çoxdur. Dünənə olan məlumata görə, dövlətin ölkədə qanunsuz yaşayan miqrant ovuna çıxması Nyu-Yorkda və Texasda da iğtişaşlara səbəb olub.

2020-ci ilin 25 mayında başlayan və üç ay səngiməyən "Black Lives Matter" kod adlı ixtişaşlar 1968-ci ildən bu yana ABŞ-də büruzə vermiş ən kütləvi aksiya kimi tarixə düşüb. Qiyamın yatırılması üçün Tramp hətta Əfqanıstan və İraqda xidmət keçmiş xüsusi təyinatlıları belə səfərbər etmişdi. O vaxt qığılcım rolunda polisin afroamerikalı vətəndaş Corc Floydu öldürməsi çıxış etmişdisə, bu dəfə də miqrant adı ilə hansısa ispandilli və yaxud "rəngli" vətəndaşın aradan götürülməsi nə qədər müşkül məsələdir?

Çoxları baş verənləri spontan və təşkil edilməmiş iğtişaş, yaxud Kaliforniyanın qubernatoru, demokrat Qevin Nyusomun hakimiyyət uğrunda mübarizəsinin başlanğıc anı kimi qiymətləndirirlər. Nyusom demokratların düşərgəsində ən populyar liderlərdən birinə çevrilməkdədir və hətta vaxtilə Co Baydenin varisi kimi nəzərdən keçirilirdi. Tramp hakimiyyətə gələn kimi ən çox gözümçıxdıya saldığı siyasətçilərdən biri də Kaliforniya qubernatorudur. Yeni prezident günlərlə davam edən meşə yanğınlarına görə Nyusomu hədəfə almışdı. Odur ki, miqrantların etirazının məhz demokratların alınmaz qalası olan Kaliforniyada baş qaldırması təsadüfi deyil.

Bununla belə, görünür ki, iğtişaşlar tək bir amillə əlaqəli deyil və daha çox sistemli böhranın nəticəsidir. Aksiyaların Trampın "sağ əli" olan İlon Maskla arası dəyən kimi baş qaldırmasında da bir məntiq var. "Yetənə yetən, yetmədiyinə bir daş atan" Trampın hakimiyyətinin ərköyün mərhələsi sonda qalır. İğtişaşlar da məhz bu sistemli prosesin ilkin əlamətidir.

Trampın elan etdiyi təcrid siyasətinin XVIII-XIX əsrlərdəki effekti verəcəyini gözləmək sadəlöhvlük olardı. İnternet və süni zəka əsrində hansı təcriddən danışmaq olar ki, milli istehsal bütövlüklə idxal edilən xammal və nanotexnologiyadan asılıdır? Tramp uğurlu iş adamı kimi istədiyi qədər inadkar ola bilər, ancaq dünyaya rüsum və tariflərlə hədə-qorxu gəlməyin ən azı bir bumeranq effekti olmalıdır. Avropa və Çinə qarşı rüsum şantajından ən tez təlaşa düşənlər elə ştatların qubernatorları olmuşdular, çünki bütün yerli istehsal xarici bazarlara göz dikib. İndi deyirsiniz, baş verən iğtişaşlardan onların xəbəri yoxdur?

Zelenskini aşağılayıb yola salmaq, Cənubi afrikalı prezidenti ağlara qarşı "genosid"də ittiham etmək olar, hərçənd yazığın yanında gətirdiyi kənd təsərrüfatı naziri qara deyil, ağ idi, ancaq bir gün alman Kansler Merts gələcək, əlində də böyüdülüb çərçivələrə salınmış, vaxtilə Almaniyadan ABŞ-yə köç etmiş baba Trumpun (Trampın deyil, məhz Trumpun) şəhadətnaməsi ki, sən də bizdən birisən. Şah və mat. Vaxtilə Liviyanın sabiq lideri Qəddafi də eks-prezident Obamaya göndərdiyi məktubda "sən bizim öz övladımızsan" yazaraq Barakın Afrika köklərinə işarə etmişdi.

Bank sektorunda süni intellektin tətbiqini araşdıran Kris Skinner özünün "Rəqəmsal insan" kitabında iddia edir ki, texnologiyaların inkişafından ən böyük təsiri demokratiya və insan azadlıqları görəcək. Məgər Qərb başda ABŞ olmaqla "Ərəb baharı" kimi geosiyasi avantüranı sosial şəbəkələr vasitəsilə reallaşdırmamışdı? Bu da başqa bir bumeranq - vaxtilə hərəsinin başında "icarəyə götürülmüş" bir yerli korrupsioner despot vasitəsilə idarə edilən koloniyaların yeni hakimiyyətləri indi mərkəzdən internet sürətilə uzaqlaşırlar. Qlobal Cənub, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı nəyin nəticəsidir? Sıxdıqca uzaqlaşırlar: iş birliyi təklif edən Çinə, varlı ərəb dövlətlərinə, Türkiyə kimi yeni güclərə doğru.

Daxildə də belədir - miqrantları Quantanamodakı dəhşətli həbsxanaya da yerləşdirmək olar, məhbusları təyyarələrə doldurub dünyanın ən dəhşətli məhbusxanasının olduğu Salvadora deportasiya etmək də. Ancaq nə qədər və nə vaxtadək?

Politologiyada "qocalmış dövlət" anlayışı var. Söhbət dövlətin başında qocalmış liderlərin durmasından getmir. Hərçənd ABŞ bu kateqoriyaya görə də qocalmış sayılır. Vaxtilə Bayden təyyarə trapında yıxılırdı, artıq Tramp da büdrəməyə başlayıb. ABŞ-də dövlətin, siyasi sistemin özü qocalıb. Necə ki Rusiya qafqazlı, orta asiyalı "qara"larsız keçinə bilməz, Avropa ucuz işçi qüvvəsi olan afrikalı və asiyalılarsız çökər, eləcə də ABŞ-də latın amerikalılarsız çətin olar. Bəyəm dövlət katibi Marko Rubionun əsli-nəcabəti kovboy olub?

Müdriklərin dediyi kimi, dərin qaranlıq quyuya baxarkən unutmaq lazım deyil ki, quyu da sizin içinizə baxır. "Qoca dövlət"lər bir çox hallarda iğtişaşlar, qiyamlar, hətta vətəndaş müharibələri ilə "cavanlaşırlar". Odur ki, kütləvi narazılıqların coğrafiyasının genişlənib-genişlənməyəcəyi qarşıdakı günlərdə bilinəcək. Ancaq nəzərə alsaq ki, Trampın ötən hakimiyyətini məhz başıpozuq kütlələrin qiyamı laxlatmışdı, etirazçıların qarşısına Milli Qvardiyanın çıxarılmasında da bir məntiq var.

Coğrafiyadan söz düşmüşkən, amerikalı yazıçı və ictimai xadim Mark Tven hələ ötən əsrin əvvəllərində deyirdi ki, Tanrı müharibələri amerikalıların coğrafiyanı öyrənmələri üçün yaradıb. Əgər Trampa qədər ABŞ-dəkilər Cənub-Şərqi Asiya, Əfqanıstan və Yaxın Şərqin siyasi coğrafiyasını "öyrənirdilərsə", indi görünür ki, hədəfdə milli coğrafiyadır. Böyük ölkədir, o qədər "gəzməli" yerləri var ki...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 İyun 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see560

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

04 Avqust 2026 11:52see366

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see319

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see306

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see268

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see261

“Nizami” və “28 May” arasında fəaliyyət göstərəcək avtobuslar pullu olacaq

04 Avqust 2026 15:41see257

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see232

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see226

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see219

Qarabağda minalar belə təmizlənir VİDEO

04 Avqust 2026 17:10see212

Qvardiolanın gözü MLS in gənc ulduzundadır

04 Avqust 2026 19:33see212

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see202

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see198

Sirr kimi saxlayırdılar, amma... Görüntüləri yayıldı ŞOK FOTO

04 Avqust 2026 16:48see191

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see186

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see185

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see179

Anar Babayev Naxçıvanın icra başçısı oldu

04 Avqust 2026 12:54see176

Tokayev Paşinyanı təbrik etdi: Ermənistanla bağlı mesaj verdi

04 Avqust 2026 14:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri