Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

“İndi elə bir sülh mübarizəsi başlayıb ki...” Daş daş üstdə qalmayacaq

“İndi elə bir sülh mübarizəsi başlayıb ki...” Daş daş üstdə qalmayacaq

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oleq Starikov: “Ən əsası isə Tramp yenidən zəng edib ki, bu, Kremlin rəsmi Vaşinqton və Kiyevə belə şərtlər diktə etməsi üçün əsas yaradır”

Dmitri Zolotuxin: “Nə Lavrov, nə də Peskov müdafiə etdikləri tezislərin doğruluğuna zəmanət verə bilməz”

Rusiya Ukraynada müharibənin dayandırılması üçün qeyri-real şərtlər irəli sürməkdə davam edir. Ukraynada müharibəyə son qoymaq üçün “hüquqi məcburi” sazişdə Rusiyaya qarşı bütün sanksiyaların ləğvi və onun dondurulmuş aktivlərinin qaytarılması ilə bağlı müddəalar yer almalıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstanın “Magyar Nemzet” qəzetinə müsahibəsində belə deyib.

“Anti-Rusiya sanksiyalarının ləğvi, Rusiyaya qarşı bütün iddiaların geri götürülməsi və onun Qərbdə qanunsuz olaraq ələ keçirilən aktivlərinin qaytarılması mütləqdir”, - o vurğulayıb.

Eyni zamanda, Lavrov qeyd edib ki, müharibə onun "əsas səbəbləri" aradan qaldırılmadan bitməyəcək, ona görə də Kremlin tələblər siyahısında hələ də "demilitarizasiya, denazifikasiya" və Ukraynanın bloklara qoşulmamaq statusu var. Ancaq bu da hamısı deyil. Nazirin sözlərinə görə, dünya birliyi Krımı, özünü elan etmiş “Donetsk və Luqansk respublikalarını”, Xerson və Zaporojya vilayətlərini Rusiyanın tərkibində tanımalıdır. Lavrov hesab edir ki, bunun əsasını 2022-ci ilin payızında bu ərazilərdə keçirilmiş "referendumlar" təşkil edir. Bununla belə, hətta BMT işğal və hərbi əməliyyatlar altında "xalqın iradəsi kimi təqdim olunan" səsvermənin beynəlxalq hüquqa əsasən qanuni sayılmayacağını və hüquqi nəticələrə səbəb ola bilməyəcəyini vurğulayıb. Lavrov əlavə edib ki, Rusiya “Ukrayna münaqişəsinin siyasi və diplomatik həllinə açıq olub və qalır, lakin biz atəşkəsdən yox, davamlı sülhdən danışmalıyıq”.

“Bizə Kiyev rejiminin və onun xarici kuratorlarının qoşunları yenidən qruplaşdırmaq, səfərbərliyi davam etdirmək və hərbi potensialı gücləndirmək istədikləri fasilə lazım deyil”, - o yekunlaşdırıb.

XİN rəhbəri məlum olduğu kimi, öz dövlətinin rəsmi mövqeyini ifadə edir. Bu isə o deməkdir ki, Moskva açıq şəkildə ABŞ-ın heç olmasa hərbi əməliyyatların müvəqqəti dayandırılmasına nail olmaq üçün etdiyi bütün cəhdlərə tüpürür. Bütün bunların fonunda Rusiya Prezidentinin mətbuat katibi Peskovun Rusiya tərəfinin atəşkəsə nail olmaq və ümumilikdə bu münaqişəni həll etmək üçün gələcək danışıqlara hazır olduğuna dair vədləri olduqca qəribə görünür. Əgər Kreml Ukraynanın yerinə yetirməsi açıq-aşkar qeyri-mümkün olan şərtlər qoyursa, bu danışıqların nə mənası var? Bəs bu halda bizim nəyimiz var? Rusiya nə olursa olsun, müharibəni davam etdirmək niyyətindədirmi? Eyni Avropa İttifaqının Ukraynanı hərbi yardımsız tərk etmək niyyətində olmadığını nəzərə alsaq, bu, son nəticədə onu hara aparacaq?

Tanınmış ukraynalı ekspertlər bu barədə öz fikirlərini AYNA.AZ-la bölüşüblər.

Təhlükəsizlik və müdafiə eksperti, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) ehtiyatda olan polkovniki Oleq Starikov:

- Moskva anlayır ki, “stavkaları” qaldırmağın vaxtı çatıb. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu baş tutdu, ardınca Sergey Şoyqunun nizami qoşunlara könüllülərin axınının sürəti haqqında məruzəsi, sonra bu, Rusiya Silahlı Qüvvələrinin irəliləməsi və Ukraynanın təxminən 50 kvadrat kilometr ərazisinin ələ keçirilməsi ilə bağlı məlumatlar ilə gücləndirildi. Ən əsası isə Tramp yenidən zəng edib ki, bu, Kremlin rəsmi Vaşinqton və Kiyevə belə şərtlər diktə etməsi üçün əsas yaradır. Bu o demək deyil ki, ruslar güzəştə getməyəcək. “Stavkaları” artırmaqla bazarlıq etmək sadəcə olaraq, həmişə rahatdır. Başqa sözlə: indi elə bir sülh mübarizəsi başlayıb ki, heç bir daş daş üstdə qalmayacaq.

Ukraynanın informasiya siyasəti nazirinin keçmiş müavini, Post-İnformasiya Cəmiyyəti İnstitutunun direktoru, Kiyev-Mogilyan Akademiyasının müəllimi Dmitri Zolotuxin:

- Biz Sergey Lavrovla onun gələn il seçkilərdə uduzmaq ehtimalı yüksək olan Viktor Orbanın simasında “axsaq ördək” kimi Kremlə sadiq rejimlərə səsləndirdiyi konstruksiyalarla bağlı debatı sonsuza qədər davam etdirə bilərik. Məsələn, öz müsahibəsində cənab Lavrov şikayət edir ki, 1990-cı ildə Ukraynanın Müstəqillik Bəyannaməsində bloklara qoşulmamaq statusundan danışılıb və ardınca Ukrayna Parlamenti Avropa və Avroatlantik inteqrasiyanın strateji hədəfləri ilə bağlı konstitusiya çoxluğu ilə Ukrayna Konstitusiyasına düzəlişlər qəbul edib.

Əvvəla, xatırlatmaq məcburiyyətindəyəm ki, Konstitusiyaya edilən bu düzəlişlər Rusiyanın xəyanətkar hücumu və Krım yarımadasını ilhaqı, habelə 2014-cü ildə Ukraynanın suveren ərazisinə silahlı təcavüzün başlaması nəticəsində qəbul edilib. İkincisi, beynəlxalq hüququn bu kobud şəkildə pozulmasına məhəl qoymasaq belə, Lavrova Krılovun təmsilindən bir sitatı xatırlatmaq istərdim - “Özümüzə baxmağın vaxtı deyilmi, qohum?”.

Axı 1992-ci ildə Kreml federasiya subyektləri ilə Boris Yeltsinin çox fəxr etdiyi “Federal müqavilə” imzaladı. Və onun əsasında Rusiya Federasiyasının yeni konstitusiyası yaranmağa başladı, burada eyni "Federal Müqavilə" demək olar ki, dərhal pozuldu. Bundan sonra tamamilə könüllü üsulla Rusiya konstitusiyasına bir neçə dəfə düzəlişlər edildi.

Başqa sözlə, əgər Lavrov faktiki olaraq Avroatlantik inteqrasiya ilə bağlı Ukrayna Konstitusiyasından düzəlişlərin çıxarılmasını tələb edirsə, o zaman biz də Vladimir Putinin səlahiyyətlərinin sıfırlanmasının ləğvini və onun qanunsuz olaraq yenidən prezident seçilməsini, həmçinin Tatarıstan və digər subyektlərlə “Federal Müqaviləsi”nin pozulmasının aradan qaldırılmasını tələb edə bilərik.

Bildiyiniz kimi, hazırda Altay Respublikasında və Xakasiyada insanların nümayəndəlik orqanları vasitəsilə həyatına təsir etmək hüququnu əlindən alan yeni inzibati islahat əleyhinə ictimai etirazlar davam edir.

Bununla belə, belə bir dialoqun problemi iki aspektdədir. Birincisi, Rusiyanın başqa ölkələri özünə bərabər hesab etməməsi. Biz bunu Rusiya Federasiyasında azərbaycanlıların qətlə yetirilməsi və təqib edilməsinin timsalında aydın görə bilərik. Həm də o fakt ki, nə Lavrov, nə də Peskov müdafiə etdikləri tezislərin doğruluğuna faktiki zəmanət verə bilməzlər.

Məsələn, Lavrov “Magyar Nemzet”ə müsahibəsində iddia edir ki, Rusiya digər Avropa ölkələrinə hücum etmək fikrində deyil. Xatırladaq ki, o, eyni vədləri Rusiya Federasiyasının Ukraynanın suveren ərazisinə genişmiqyaslı işğalından əvvəl də vermişdi. Bəs o, nə vaxt yalan danışıb? 2021-ci ildə işğalı proqnozlaşdıranları dəli adlandıranda? Yoxsa indi Baltikyanı ölkələrin işğalı olmayacağına zəmanət verəndə? Yoxsa Rusiyanın xarici işlər naziri hərbi məsələlərlə “əlaqəsizdir”?

Bütün bunlar son 10 ildə eyni şeyi deyir: Rusiya imperiyadan başqa heç bir şəkildə mövcud ola bilməz. İmperiya və ilk növbədə, fırıldaqçı imperator başqa ölkələrlə, istər Ukrayna, istərsə də Azərbaycan ilə bərabər şərtlərlə dialoq aparmağa qadir deyil. Əgər bu mümkün olsaydı, ümumiyyətlə müharibə olmazdı. Və danışıqlara ehtiyac olmazadı. Və danışıqlara ehtiyac olsaydı, onlar bərabər şərtlərlə aparılardı və çox tez bir kompromis əldə olunardı.

Amma təəssüf ki, bu mümkün deyil. Və Rusiyada azərbaycanlılara qarşı informasiya və güc təzyiqləri ilə bağlı baş verən hadisələrdən sonra bunun niyə mümkün olmadığı hamıya aydın oldu. İmperialistlər “çoxqütblülük” haqqında nağılların arxasında gizlənərək “untermenschen” hesab etdikləri başqa xalqların səviyyəsinə düşə   bilməzlər. Ona görə də Kreml zorakılıq yolu ilə heç nəyə nail ola bilməyəcəyini anlayana və güzəştə getməyənə qədər Kremllə istənilən qarşıdurma, istənilən münaqişə sonsuz davam etməyə məhkumdur. Hansını ki, əslində, Bakı nümayiş etdirdi. Kremllə məhsuldar danışıqlar yalnız Kremlə təzyiq edildikdən, onun rəhbərliyi kompromislərə getməməyin intihar strategiyası olduğunu başa düşəndən sonra mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 İyul 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri