Icma.az
close
up
RU
Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların adı və səlahiyyətləri dəyişdirilib

Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların adı və səlahiyyətləri dəyişdirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirib ki, komitə sədri Hicran Hüseynova çıxış edərək gündəliyə 3 məsələnin daxil edildiyini diqqətə çatdırıb. O, əvvəlcə 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, ötən sessiya ərzində komitənin 7 iclası keçirilib, həmin iclaslarda 12 məsələ müzakirə olunub. Bununla yanaşı, komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 300-ə yaxın müraciətə baxılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Ötən sessiya dövründə komitədə dinləmələr keçirilib, habelə deputatların beynəlxalq tədbirlərdə iştirakı baş tutub.

Sonra H.Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin qarşıdakı payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, iş planında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, komitənin fəaliyyət sahəsi çərçivəsində ictimai dinləmələrin təşkili, vətəndaşlarla görüşlərin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Komitə sədri iclasın son məsələsini - “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr 113-VIIQD nömrəli Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Qeyd edilib ki, layihə artıq qanunvericilikdə təsbit olunan uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalarla bağlı müddəalara uyğunlaşdırma xarakterlidir. Belə ki, qanunvericilikdə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adı dəyişdirilərək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar kimi müəyyən edilib. Həmçinin komissiyaların səlahiyyətlərində müəyyən dəyişikliklər olunub.

Gündəlikdəki məsələlərin müzakirəsində çıxış edən deputatlar rəy və təkliflərini bildiriblər.

İclasda komitənin ötən sessiya dövründə görülən işlər barədə hesabatı məqbul hesab olunub, qarşıdakı sessiya üçün iş planı təsdiqlənib, qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri