Yevlax stadionunda iki qonaq klub görüşür Kəpəz Zirə yə qarşı (Yenilənir)
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer liqasının 13-cü turunun ilk oyununda "Kəpəz" Futbol Klubu (FK) "Zirə"ni qəbul edir.
Mia.az xəbər verir ki, ev oyunlarını artıq yenilənən Yevlax stadionunda keçirən "Kəpəz" sonuncu dəfə həmin stadionda ev sahibi olan "Karvan-Yevlax"ı məğlub etmişdi.
Hazırda oyun davam edir. Hesab açılmayıb.
"Kəpəz" Premyer liqada hələ ki, 6 xalla 10-cu yerdədi. "Zirə" 23 xalla turnir cədvəlində 3-cü yerdə bərqərar olub. Qonaqların yerini bərkitmək üçün bu gün qələbəyə ehtiyacı var. Çünki bu gün "Tovuz" da oynayır və həmin oyunda qələbə tovuzlulara turnir cədvəlində 1-ci yeri qarantiya edir.
Hazırda oyun davam edir. "Zirə" dinamikliyi artırsa da, hələ ki, meydanda atmosfer dəyişməz olaraq qalır. "Kəpəz" azarkeşləri öz çoşğusu ilə oyuna rəng qatıb.
Zülfiyyə Mustafayeva
Mia.az
Baxış sayı:93
Bu xəbər 28 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















