Icma.az
close
up
RU
Yevlaxda qalib müəyyənləşmədi, “Qəbələ” “Difai”yə göz açdırmadı

Yevlaxda qalib müəyyənləşmədi, “Qəbələ” “Difai”yə göz açdırmadı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında 21-ci tura yekun vuruldu.

Turun ilk matçında MOİK “Cəbrayıl”ı sınağa çəkdi. Komandalar fasiləyə bərabər yollansa da, matç “hərbçilər”in əzmkar qələbəsiylə sona çatdı. Daha doğrusu, Qarabağ təmsilçisi hesabı açandan sonra ruhdan düşməyən meydan sahibləri ardıcıl iki qolla qalib gəldi.
“Zaqatala” – “Baku Sportinq” matçı bölgə təmsilçisinin böyükhesablı qələbəsiylə yekunlaşdı. Premyer-liqaya iddialı kollektivlərin qarşılaşdığı matçda qonaqların 17-ci dəqiqədən etibarən azlıqda qalması Rüstəm Məmmədovun komandası üçün göydəndüşmə fürsət oldu. Onsuz da həmin ana qədər hesabda üstün olan meydan sahibləri bununla meydanda hakimiyyəti tam ələ aldı ki, nəticə qonaqlar üçün acınacaqlı oldu.
1-ci liqadakı yerini qorumaq istəyənlərin oyununda isə hesab açılmadı. Söhbət “Qaradağ Lökbatan” – “Mingəçevir” matçından gedir ki, komandalar meydanı hərəyə 1 xalla tərk etdi. Əlbəttə, bu, nə lökbatanlıları, nə də mingəçevirliləri razı sala bilər. Ona görə ki, qalib komanda növbəti qarşılaşmalarda meydana daha arxayın çıxmaq şansı qazana bilərdi.
“İmişli” ilə “doğma divarlar” arasında üz-üzə gələn “Karvan” qonaqların erkən qol vurmasından sonra toparlana bilmədi. Yalnız 2-ci hissədə hesabı bərabərləşdirməyə gücü çatan Yevlax təmsilçisi azarkeşlərini məyus etdi. O başqa məsələ ki, bir xal da kollektiv üçün sərfəli nəticədi. Axı bununla “İmişli”nin 2-ci pilləyə yüksəlmək arzusu suya düşdü. Bu arada protokolda Kənan Kərimovun məşqçi kimi qeyd olunmasının səbəbi kollektivin yeni baş məşqçisinin Azər Məmmədov olmasıdı. Kənan bəy bundan sonra sənəd üzərində köməkçi məşqçi kimi təqdim ediləcək. Təbii ki, söz sahibi olmağa davam etmək şərtiylə.
Tura “Qəbələ” – “Difai” oyunuyla yekun vuruldu. 4:0 hesablı qələbə qazanan “qırmızı-qaralar” çempionluğa doğru daha bir addım atdı. Maraq üçün qeyd edək ki, premyer-liqaya vəsiqəni təmin edən qəbələlilər növbəti matçda da qalib gəlsə, çempion olacaq! Özü də məğlubiyyətsiz! Ağsu təmsilçisinə gəlincə, komandanın aşağı pillələrdən xilas olmaq yönündə cəhdləri fayda vermir. Hadisələrin axarında ciddi dəyişiklik baş verməsə, faciə qaçılmazdı…
1. Qəbələ 21 17 4 0 45-4 55
2. Karvan 21 11 6 4 45-29 39
3. İmişli 21 11 5 5 34-18 38
4. Zaqatala 21 6 10 5 31-26 28
5. Baku Sportinq 21 7 5 9 19-34 26
6. MOİK 21 7 4 10 26-37 25
7. Mingəçevir 21 5 7 9 17-31 22
8. Cəbrayıl 21 5 4 12 19-27 19
9. Difai 21 5 4 12 29-42 19
10. Qaradağ Lökbatan 21 3 7 11 20-37 16
Bombardirlər: Bərhuz Teymurov, Emil Qasımov (hər ikisi “Karvan), Domi Massumo (Qəbələ) – 12.
Növbəti turun oyunları aprelin 17-də keçiriləcək: Cəbrayıl – Mingəçevir, Baku Sportinq – Qaradağ Lökbatan, Difai – Zaqatala, İmişli – Qəbələ, MOİK – Karvan.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Aprel 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri