Yevlaxda şəhid ailələri və müharibə əlillərinə mənzillər verildi
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Yevlaxda şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi.
Moderator.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunan mənzillər Yevlaxda inşa olunmuş MİDA Yaşayış Kompleksində yerləşir.
Mənzillərin sənədlərinin təqdim edilməsi məqsədilə keçirilən tədbirdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev iştirak ediblər.
Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib. Ölkə üzrə postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərə 7300-dən çox, ümumilikdə isə ötən dövr ərzində 16 mindən çox mənzil və fərdi ev verilib.
Tədbirdə mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həssas təbəqədən olan vətəndaşların digər istiqamətlərdə də genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqları diqqətə çatdırılıb.
Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 25 Sentyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















