Yeyib içməyə xərclədiyimiz pullar 1,4%, dərmana xərclədiyimiz isə 21,5% artıb
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,3 milyard manatlıq məhsul satılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, satışların 24,1 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatını isə qeyri-ərzaq malları təşkil edib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı 1,4 faiz, qeyri-ərzaq mallarının satışı isə 6,9 faiz artıb.
Məhsul qrupları üzrə ən yüksək artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında qeydə alınıb. Bu sahədə satışlar 33,4 faiz artaraq 694,3 milyon manat təşkil edib.
Əczaçılıq məhsulları və tibbi ləvazimatların satışında da 21,6 faiz artım olub və dövriyyə 1,2 milyard manata çatıb. Elektrik malları və mebellərin satışı 8,9 faiz, digər qeyri-ərzaq mallarının satışı 5,2 faiz artıb.
Ümumilikdə əhalinin pərakəndə ticarətdə xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsullarının, 12,7 faizi geyim və ayaqqabıların, 6,1 faizi avtomobil yanacağının, 4,9 faizi elektrik malları və mebellərin alınmasına sərf olunub.
Hesabat dövründə hər bir Azərbaycan sakini pərakəndə ticarət şəbəkəsində orta hesabla ayda 538,6 manatlıq məhsul alıb. Bunun 293,1 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 245,5 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Bu mövzuda digər xəbərlər:Tramp: Ərəb ölkələrindən Ukraynaya xərclədiyimiz məbləğdən...
20 May 2025 20:59
Valdas Dambrauskas: “Qol fürsətlərini boşa xərclədiyimiz üçün məyusam”
21 İyul 2026 23:05
Əhali ərzağa 1,4%, dərmana isə 21% daha çox vəsait xərcləyib
11 Sentyabr 2025 13:28
Xərclərimizin 54,5% i yeyib içməyə sərf olunub
14 Noyabr 2025 14:02
Xərclərimizin yarıdan çoxu yeyib içməyə sərf olunub Rəsmi
11 Aprel 2025 17:22
Baxış sayı:109
Bu xəbər 15 Sentyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















