Icma.az
close
up
RU
Yığışıb ət almaq qurbanı əvəz edirmi? Qəssabların təzə fırıldağı

Yığışıb ət almaq qurbanı əvəz edirmi? Qəssabların təzə fırıldağı

Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Son illər Azərbaycanda Qurban bayramı ərəfəsində bəzi məhəllə qəssablarının tətbiq etdiyi “paylı ət satışı” üsulu müzakirələrə səbəb olub. Belə ki, ayrı-ayrı satıcılar bir heyvanın kəsilərək ətinin hissə-hissə, məsələn, 2 kiloqramlıq paylarla satılmasını “qurbana pay sahibi olmaq” kimi təqdim edirlər.

Bakupost.az xəbər verir ki, bu yanaşma sosial şəbəkələrdə tənqid edilir, bir sıra ilahiyyatçılar bu cür halların qurban ibadətinin mahiyyətinə uyğun olmadığını bildirirlər.

Mövzu ilə bağlı Bakupost.az -a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, bu praktika yanlışdır və daha çox kommersiya məqsədi daşıyır. Onun sözlərinə görə, bunu əsasən öz ət məhsullarını satmaq istəyən işbazlar həyata keçirir:

“İnsanlar isə kifayət qədər məlumatlı olmadıqları üçün bunu məqbul hesab edərək gedib “qurban əti” alırlar.

Ramazan bayramı ərəfəsində də iftar süfrələrini pulla satırdılar, bu da doğru deyil. Ümumiyyətlə, İslam dininə görə, iri buynuzlu heyvanları 7 nəfərə qədər şəxs özləri alıb şərikli şəkildə kəsə və sonra da razılıqla bölə bilərlər. Məsələn, inək və dəvə kimi heyvanları. Çünki bunlar böyük heyvanlardır, ətləri çox olur. Bu mümkündür.

Ancaq xırda - qoyun və keçi kimi heyvanların bir neçə adam tərəfindən şərikli alınıb bölünməsi qətiyyən mümkün deyil. Xüsusilə bunu qəssab yox, insanların özləri könüllü şəkildə həyata keçirməlidir. Çünki bu, qurbandır. Qurbanın ibadət olaraq öz şərtləri və qaydaları var.

Ümumiyyətlə, bəziləri deyir ki, qurban kəsməyə imkanım yoxdur, onda mən nə edim? Onlar adi şəkildə bazardan ət alıb bişirə bilərlər, amma qəssabın kəsdiyi və “qurban əti” adı ilə satılan əti almağın özü də günahdır. Çünki bu, ibadətə yenilik gətirmək, İslam dinini təhrif etmək və ənənəvi bayramın mahiyyətini pozmaq deməkdir. Bu işdə həm satan, həm də alan şəxslər günahkardır”.

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 26 May 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri