Icma.az
close
up
RU
Yığmamız müqavimət göstərdi və ...yenə darmadağın oldu

Yığmamız müqavimət göstərdi və ...yenə darmadağın oldu

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə oyunu
Fransa – Azərbaycan 3:0 (1:0)

16. Mayk Menyan
22. Teo Ernandes
4. Dayo Upamekano
17. Vilyam Saliba
2. Malo Hüsto
14. Adrien Rabyo
(6. Eduardo Kamavinqa, 71)
19. Kefren Türam
9. Uqo Ekitike
(13. Jan-Filipp Mateta, 80)
11. Maykl Olise
(12. Manes Akliuş, 71)
7. Kinqsli Koman
(18. Kristofer Nkunku, 79)
10. Kilian Mbappe (k)
(20. Floryan Toven, 83)
Ehtiyat oyunçular
1. Bris Samba
23. Lüka Şevalye
3. Lüka Din
5. Jül Kunde
8. Manu
15. İbraima Konate
21. Lüka Ernandes
Baş məşqçi: Didye Deşam
1. Şahruddin Məhəmmədəliyev
3. Elvin Cəfərquliyev
5. Anton Krivotsyuk
4. Bəhlul Mustafazadə
14. Elvin Bədəlov
21. Qismət Alıyev
(2. Rahil Məmmədov, 70)
11. Rüstəm Əhmədzadə
(22. Musa Qurbanlı, 61)
8. Emin Mahmudov (k)
15. Abdulax Xaybulayev
(6. Murad Xaçayev, 79)
17. Toral Bayramov
(16. Rəhman Daşdəmirov, 79)
10. Mahir Emreli
(19. Nəriman Axundzadə, 71)
Ehtiyat oyunçular
12. Aydın Bayramov
23. Rza Cəfərov
7. Anatoli Nuriyev
9. Renat Dadaşov
13. Abbas Hüseynov
18. Cəlal Hüseynov
20. Faiq Hacıyev
Baş məşqçi: Ayxan Abbasov
Qollar: K.Mbappe, 45+2 (1:0). A.Rabyo, 69 (2:0). F.Toven, 84.
Vərəqələr: T.Bayramov, 26. R.Əhmədzadə, 53. A.Rabyo, 64 – sarı.
Hakimlər: ROHİT SAQQİ, Yörgen Rönninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Hiqraff (hamısı Norveç).
VAR hakimi: Tom Harald Hagen (Norveç).
VAR hakiminin köməkçisi: Siqurd Krinqstad (Norveç).
Hakim-inspektor: Mixal Beneş (Çexiya).
UEFA nümayəndəsi: Tarik Şamel (İngiltərə).
10 oktyabr. Paris. “Park de Prens” stadionu.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Sırf futbol meyarları prizmasından baxsaq, yığmamızın bu oyunda xal və ya qələbə qazanacağı ilə bağlı heç bir ümid yox idi. Komandanın yeni baş məşqçinin rəhbərliyi altında ilk dəfə toplanış keçdiyini, futbolçuların istər-istəməz özünü göstərməyə çalışacağını nəzərə almasaq. Yeri gəlmişkən, Ayxan bəy oyun üçün sifariş ərizəsini açıqlayanda bəlli oldu ki, toplanışa çağrılanlardan Səbuhi Abdullazadə, İsmayıl İbrahimli və Ceyhun Nuriyev “23-lüy”ə salınmayıb.

Yığmamızın baş məşqçisinin meydana buraxdığı heyətdən açıq-aydın görünürdü ki, hədəf qapını toxunulmaz saxlamaq olacaq. 5-li müdafiə, önündə 4 yarımmüdafiəçi və yeganə qol ümidimiz Mahir Emreli. Hərçənd ona qol ümidi demək nə dərəcədə düzdü – bunu da bilmirəm.
Şəhərdə matça böyük maraq olduğu tribunalardakı qələbəlikdən də görünürdü. “CBC Sport” yayını şərhçiyə ötürənə qədər artıq qapımızda bir təhlükə yarandı. Mərkəzdən topa başlayan komandamız adi səhvə yol verdi. Anton sanki həyəcandan topu düz Mbappenin qabağına qoydu, “Real”ın hücumçusunun zərbəsi tirin azacıq üstündən keçdi. 26 yaşlı futbolçu artıq təhlükənin dadını ilk saniyələrdəcə hiss etdirdi. İlk 10 dəqiqəsində müdafiədə ən özgüvənli futbolçu Qismət idi. Sonradan Bəhlul da ayıldı. Bədəlov isə sanki topu ora-bura atmaq üçün meydanda idi. Yaxşı hücum şansımız var idi, Mahir məhv etdi. 9-cu dəqiqədə yığmamız 40 saniyə ərzində topu özündə saxlaya bildi. 10-cu dəqiqədə Mbappe ilə paslaşan Hüsto qapıya zərbə endirdi, Şahruddin inamlı oynadı. 22-ci dəqiqədə qapımızda növbəti təhlükə hiss olundu. Olisenin zərbəsini müdafiə xətti bloklasa da, top Teonun təhlükəli sol ayağına düşdü. Bəxtimizdən top “Əl-Hilal”ın müdafiəçisinin ayağına oturmadı. İki dəqiqə sonra isə Olisenin hiyləgər ötürməsindən sonra Ekitike qapıya zərbə endirməyə çalışdı, Bəhlul blokladı. 28-ci dəqiqədə hücum cəhdlərinin nisbəti 30 il əvvəli xatırladırdı - 10:0. 30-cu dəqiqədə Rabyo İbrahimoviçsayağı qol vurmağa çalışdı, zərbəsi alınmadı. Bir dəqiqə sonda Mbappe cərimə meydançası kənarından qapını yoxladı, Şah yenə də düzgün mövqe seçmişdi. İlk hissənin ən yaxşısı isə sözsüz, Xaybulayev. Hər halda, komandamız fasiləyə qolsuz bərabərliklə yollanmağa yaxın idi. Mbappe imkan versəydi. Uzatma dəqiqələrində cərimə meydançası yaxınlığında topu ələ keçirən bir-birinin ardınca Mahmudov, Xaybulayev, Bədəlov və Alıyevi arxada qoyaraq uzaq küncə dəqiq zərbə vurdu. Məhəmmədəliyev bu zərbənin qarşısında aciz idi.
Bu qolun meydan sahiblərini 2-ci hissədə bir qədər sakitləşdirə biləcəyi ilə bağlı ümidlərimiz doğrulmadı. Onlar fasilədən sonra da hücumları davam etdirdi. 49-cu dəqiqədə Ekitikenin zərbəsindən sonra dirək köməyimizə çatdı. Bir dəqiqə sonra Bəhlul önəmli müdaxilə ilə Mbappenin qarşısını aldı. 62-ci dəqiqədə Kilian “çərçivə”yə düşmədi, üç dəqiqə sonra Bəhlul ona mane oldu.
Fransızların aramsız hücumları 69-cu dəqiqədə 2-ci qolla nəticələndi. Künc zərbəsinin ardından Mbappe topu qapıçı meydançasına qaytardı, Rabyo havaya qalxaraq Şaha heç bir şans vermədi. Bu epizodda Emrelinin nə etmək istədiyi aydın olmadı. Yaxşı ki, Ayxan Abbasov dərhal komandaya heç bir faydası dəyməyən Mahiri Nərimanla əvəzlədi. Bizimkilər qapıya ilk zərbəni 72-ci dəqiqədə vurdu ki, onda da Rahil dəqiq olmadı.
Təəssüf ki, bu dəfə də böyükhesablı məğlubiyyətdən qaçmaq mümkün olmadı. Sona yaxın Mbappe əvəzlənməsini istədi. Toven meydana çıxandan cəmi bir dəqiqə sonra fərqləndi. Teo Ernandesin sol cinahdan asmasından sonra cərimə meydançasında topu qəbul edən Toven elə rahat zərbə vurdu ki, adam müdafiəçilərimizin laqeydliyinə və ya ustalıq səviyyəsinin aşağılığına “həsəd aparır”. 3-cü qolun vurulduğu həmin epizodda müdafiəçilər bir növ seyrçi mövqe tutdu.
Bəli, Abbasovun yığması Fernando Santuşun yığması ilə müqayisədə daha əzmkar idi, ən azı rəqibə müqavimət göstərməyə çalışırdı, futbolçular meydanda can qoyurdu. Amma bütün bu mənəvi-iradi keyfiyyətlərin sayəsində Fransa kimi rəqiblərin qarşısını yalnız müəyyən zaman kəsiyində almaq olar. Sonda yenə ustalıq səviyyəsi önə çıxır və oyunun taleyini həll edir. Bizimkilər isə mənalı hücumlar, kombinasiyalar qurmağı bacarmır. Ən çox legionerlərə belə bəsləyirik, onların da bacarığı müəyyən həddə qədərdi.
0:3 ardından bazar ertəsi yığmamızı daha çətin bir oyun gözləyir. Fransa kimi rəqiblə mübarizədə yorulan, əldən düşən futbolçularımız tezliklə toparlanmalı, vətənə yaxşı nəticə ilə dönməyə çalışmalıdı. Başqa nə deyək ki?! Bu seçmə mərhələ onsuz da boşa verilib. Yeni baş məşqçi addım-addım irəliləməyə çalışmalıdı. Başqa heç bir yol yoxdu. Amma futbol ictimaiyyətinin hələ uzun müddət də dözməyə səbri çatacaqmı? Hadisələrin axarını izləyək.
ORXAN

1. Fransa 3 3 0 0 7-1 9
2. Ukrayna 3 1 1 1 6-6 4
3. İslandiya 3 1 0 2 9-7 3
4. Azərbaycan 3 0 1 2 1-9 1
13 oktyabr: Ukrayna – Azərbaycan, İslandiya – Fransa.
Gözdən qaçmadı
* FİFA yığmamızın əsas azarkeş qrupu olan “Milli Dəstə”nin stadiona öz bannerini keçirməsinə qadağa qoyub. Belə ki, bannerin üzərində əlində qılınc olan Babəkin təsviri yer alıb. Belədə “Milli Dəstə” stadionda yığmamızı ölkə bayraqları ilə dəstəklədi. Yeri gəlmişkən, stadionda 200-ə qədər azərbaycanlı var idi.
* “Park de Prens” də 44-cü dəqiqədə ənənəvi “Şəhidlər ölməz, vətən bölünməz” şüarını eşitdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:383
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri