Yığmamız Paralimpiya Oyunlarında daha 6 medal qazanıb FOTO
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan idmançıları Türkiyənin İstanbul şəhərində davam edən Avropa Gənclər Paralimpiya Oyunlarında daha 6 medal qazanıblar.
İdman.biz xəbər verir ki, təmsilçilərimiz bu gün 4 idman növündə fəxri kürsüyə yüksəliblər.
Parataekvondoçuların mübarizəsində Amin Əliyev (K44, 63 kq) qızıl, Amin Şıxalıyev (K44, 63 kq) və İmran Bağırov (K44, 70 kq) isə bürünc medal qazanıblar.
Uzunluğa tullanmada paraatletimiz Ayşə Arabova (T11) 3.47 metr nəticə ilə Oyunların qızıl medalına sahib olub.
Paracüdoçumuz Hüseyn İsmayılzadə (J2, 70 kq) dairəvi formatda keçirilən yarışda türkiyəli və britaniyalı rəqiblərini məğlub edərək bürünc medalla kifayətlənib.
16 yaşlı paraüzgüçümüz Əli Vəliyev 100 metr məsafəyə sərbəst üzmə üsulunda qarışıq kateqoriyalar üzrə 1:02.15 nəticə ilə yeniyetmələr arasında (2009-2010) bürünc medal əldə edib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 26 İyul 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















