Yığmanın ML statistikası
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Azərbaycan yığması UEFA Millətlər Liqasında qrup mərhələsini birinci sırada başa vurub.
Futbolpress.az-ın məlumatına görə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 5 matçda 2 qələbə qazanıb, 2 heç-heçə edib. Aktivində 8 xal olan milli lider kimi C Liqasına yüksəlib.
Azərbaycan yığması tarixində ilk dəfə iştirak etdiyi tsiklda birinci olub.
Milli geridəqalan beş matçda üç qol vurub və birini buraxıb. Komandanın ümumi topla oynama faizi 56.75-dir. Yığmanın ötürmə dəqiqliyi 81.5-dir. Futbolçular 5 görüşdə toplamda 217.97 km məsafə qaçıb.
Azərbaycan yığmasının oyunçuları bu matçlarda 11 sarı, 1 qırmızı vərəqə ilə cəzalanıb.
Milli ümumilikdə 76 zərbə vurub və bunların cəmi 3-ü qolla nəticələnib. Komandanın beş görüşdə küncdən zərbə sayı 19, ofsayd isə 4-dür. Yığmanın 2048 ötürməsindən 1706-sı dəqiq olub.
Müdafiədə də etibarlı çıxış edən komandanın futbolçuları 66 dəfə ikili mübarizədən qalib ayrılıb. 199 dəfə rəqiblərdən top qazanan milli 43 dəfə qayda pozub, 44 dəfə qayda pozuntusuna məruz qalıb.
Azərbaycan yığması qrupda Litva və Lixtenşteynlə mübarizə aparıb.
Şahin Cəfərov
Baxış sayı:40
Bu xəbər 14 Noyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















