Icma.az
close
up
RU
Yiyəsi olmayan Bitkoin hansı texnologiya ilə hazırlanır? Sadə izah

Yiyəsi olmayan Bitkoin hansı texnologiya ilə hazırlanır? Sadə izah

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Blokçeyn texnologiyası haqqında ilk məlumat Satoşi Nakamoto adlı bir internet istifadəçisi tərəfindən açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, Satoşi Nakamoto 2009-cu ildə blokçeyn əsaslı kriptovalyuta olan Bitkoini istifadəyə verib və blokçeyn texnologiyası ilk dəfə real tətbiq olunub.
Lakin Satoşi Nakamoto adlı internet istifadəçisinin real həyatda kim olduğu bu günə qədər bilinmir. O, 2011-ci ildən etibarən internetdən tamamilə yoxa çıxıb. Bu səbəbdən blokçeyn texnologiyası və Bitkoinin kim tərəfindən, ya da kimlər trəfindən yaradıldığı məlum deyil.
Qeyd edək ki, blokçeyn texnologiyası Bitkoinlə birlikdə yaradılsa da, sonradan bu sistem bankçılıq, sənəd idarəetməsi, səsvermə və bir çox başqa sahələrdə istifadə olunmağa başlayıb.
Hər kəs Bitkoin haqqında məlumatlı olsa da, çox az insan onun nə olduğunu və ümumiyyətlə blokçeyn texnologiyasının necə işlədiyini bilir.
Blokçeyn texnologiyasını rəqəmsal reyestr də hesab etmək olar. Blokçeyn texnologiyasının digər rəqəmsal reyestrlərdən fərqi odur ki, burada məlumatlar vahid bazada toplanmır və heç kim bu məlumatları dəyişdirə bilmir. Blokçeyn texnologiyasına əsaslanan məlumat bazası eyni vaxtda milyonlarla kompüterə bağlı olur. Hər hansı yeni bir məlumat daxil edildikdə həmin məlumatın mövcud olduğu digər daşıyıcılarda da bu məlumatla bağlı müvafiq qeydlər aparılır. Məsələn, siz yeni bir Bitkoin aldığınız və ya satdığınız zaman bu məlumat dünyada mövcud olan digər Bitkoinlərdəki məlumatlarla uyğunluq təşkil etməlidir.
Blokçeyn ən sadə dillə desək, rəqəmsal bir dəftər kimidir. Bu dəftərdə edilən bütün qeydlər (məlumatlar) sıralı, dəyişdirilə bilməyən və hər kəsə açıq şəkildə saxlanılır.
Təsəvvür edin ki, bir qrup insan birgə istifadə etdiyi böyük bir dəftər (blokçeyn) saxlayır. Hər dəfə kimsə kiməsə pul göndərdikdə, bu əməliyyat dəftərə yazılır. Amma bu dəftərdəki qeydləri heç kim silə və dəyişdirə bilmir. Yalnız yeni əməliyyatlar əlavə edilə bilər.
Yaxud, təsəvvür edin ki, siz domino daşlarını düzürsünüz. Hər yeni daş əvvəlkinin üstünə gəlir. Əgər ortadakı bir daşı götürməyə çalışsanız, bütün sistem pozular. Blokçeyn də buna bənzəyir – hər bir məlumat blok şəklində öncəki bloklarla bağlıdır. Əgər kimsə ortadakı bir bloku dəyişmək istəsə, sistemdəki bütün bloklar təsirlənəcək və bu mümkün olmayacaq.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Fevral 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri