Icma.az
close
up
RU
Yol “canavarı” ailələri məhv edir ölümlə nəticələnən qəzalar buna görə artır

Yol “canavarı” ailələri məhv edir ölümlə nəticələnən qəzalar buna görə artır

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son günlər istirahət məqsədilə səfərə çıxan vətəndaşların iştirakı ilə baş verən yol qəzalarının sayı artıb. Bu qəzalar nəticəsində ölənlər, yaralananlar olur, bəzən isə bütöv ailə faciəvi şəkildə həyatını itirir. Məsələn, bir neçə gün əvvəl Laçında, dünən isə Gədəbəydə baş verən qəza hadisələri bu təhlükənin nə qədər ciddi olduğunu bir daha göstərdi.

Bəs bu cür faciələrin səbəbi nədir? İsti hava, sürücülərin diqqətsizliyi və ya təcrübəsizliyi? Yoxsa dağlıq relyefin nəzərə alınmaması və yolların texniki baxımdan nasaz olması?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, bu cür qəzalar təkcə son günlərə aid deyil.

Onun fikrincə, problemin kökü daha dərindir:

“Təəssüf ki, yol qəzaları istər istirahət günlərində, istərsə də adi vaxtlarda daim baş verir. Uzaq məsafələrə gedərkən riayət olunmalı qaydalar var, lakin çox vaxt onlara əməl edilmir. Nəticədə bir neçə nəfərin ölümü ilə nəticələnən ağır qəzalar baş verir. Bəzən qəza nəticəsində bir neçə ailə üzvünü itirmək kimi dəhşətli hadisələr yaşanır”.

Ekspertin sözlərinə görə, əsas səbəblərdən biri sürücülərin məsuliyyətsizliyidir:

“Sürücülər bəzən bələd olmadıqları dağ yollarında həddindən artıq özgüvənlə hərəkət edirlər. Məsələn, Laçın yolları uzun illər istifadəsiz qalmış, relyefi çətin və təhlükəli ərazidir. Amma elə sürücülər var ki, sanki illərdir həmin yollarda hərəkət edirmiş kimi təhlükəli manevrlər edir, nəticədə isə qəza qaçılmaz olur. Eyni mənzərəni Gədəbəydə də görürük. Ora da Laçın qədər mürəkkəb relyefə malikdir”.

Elməddin Muradlı

Elməddin Muradlı qeyd edir ki, belə yollarda hərəkət üçün xüsusi sürücülük təcrübəsi və texniki cəhətdən saz avtomobil zəruridir:

“Amma görürsən ki, sürücü 30 illik maşınla yola çıxır və elə davranır ki, sanki dünyanın ən təhlükəsiz avtomobilini idarə edir. Problem təkcə avtomobilin texniki vəziyyəti ilə bağlı deyil. Burada psixoloji hazırlıq, məsuliyyət hissi və hədsiz özgüvən də əsas rol oynayır. Özgüvən, əlbəttə, önəmlidir, amma ölçüsüz olduqda təhlükəyə çevrilir”.

Ekspert həmçinin yol infrastrukturundakı problemlərə də diqqət çəkib:

“Ölkənin bir çox bölgəsində yol nişanları, nişanlanma xətləri və təhlükəsizlik elementləri kifayət qədər deyil. Bəzən yollar çökür, nişanlar ya yoxdur, ya da görünməyəcək yerdə yerləşdirilib. Yol nişanı ağacın arxasında gizlənir, işıqfor isə yarpaqların arasında görünmür. Bu cür vəziyyətlər sonda qəzalara səbəb olur”.

E.Muradlı deyib ki, məsuliyyət təkcə sürücülərin deyil:

“Söhbət həm də yolların keyfiyyəti, dövlət qurumlarının nəzarəti və ictimai şüur səviyyəsindən gedir. Hər kəs anlamalıdır ki, sükan arxasına əyləşmək sadəcə avtomobil idarə etmək deyil, eyni zamanda, insan həyatı üçün böyük məsuliyyətdir. İstər 30 illik maşın olsun, istərsə də yeni model”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Avqust 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri