Icma.az
close
up
RU
Yol cəriməsini gecikdirənlər üçün vacib AÇIQLAMA

Yol cəriməsini gecikdirənlər üçün vacib AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin vaxtında ödənilməməsi sürücülər üçün əlavə maliyyə yükü yaradır. Qanunvericiliyə əsasən, müəyyən edilmiş müddətdə ödənilməyən cərimələrə görə müxtəlif sanksiyalar tətbiq oluna bilər. Lakin bu məsələ birmənalı qarşılanmır. Xüsusilə də bəzi vətəndaşlar cərimələrin qanunsuz və ya mübahisəli olduğunu iddia etdikdə sual yaranır: inzibati xəta üzrə tətbiq olunan cərimə kredit və ya kommersiya borcu olmadığı halda, onun üzərinə əlavə faiz və ya maliyyə sanksiyasının hesablanması hüquqi və ədalətli yanaşma sayıla bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, bu məsələdə bir nüans var:

"Cəriməni 5 gün ərzində ödəsəniz, 10 faiz güzəşt tətbiq olunur. Bir ay ərzində ödəsəniz, məbləğ dəyişmir. Bir aydan sonra isə müəyyən faiz hesablanır və onun da limiti var, yəni bu, limitsiz deyil. Normal və ədalətli sistemdir. Dövlət vətəndaşa bir ay vaxt verir ki, cəriməni ödəsin. Hətta ilk 5 gün ərzində ödəyənlərə 10 faiz güzəşt tətbiq olunur. Yəni bir növ vətəndaşa təşəkkür edilir və cərimə məbləği azaldılır. Bu, normal və ədalətli yanaşmadır. Bir tərəfdən vətəndaşları qayda pozuntularından çəkindirməyə çalışır, digər tərəfdən isə cəriməni vaxtında ödəyənləri təşviq edir. Eyni zamanda ödəniş üçün bir aylıq möhlət də verilir. O ki qaldı cərimənin ədalətsiz olması məsələsinə, bunun üçün vətəndaşın hüquqi müdafiə imkanları var. Vətəndaş məhkəməyə müraciət edib qərardan şikayət verə bilər. Bu baxımdan mövcud mexanizmi normal, ədalətli və işlək sistem hesab edirəm".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyun 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri