Icma.az
close
up
RU
Hərbi xidmətə getməyi gecikdirənlər həbs oluna bilər AÇIQLAMA

Hərbi xidmətə getməyi gecikdirənlər həbs oluna bilər AÇIQLAMA

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Şəki Apellyasiya Məhkəməsində hərbi xidmət keçməkdən boyun qaçırmaqda təqsirləndirilən Bayram Məlikovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb və o, 1 il 9 ay 3 gün müddətində azadlıqdan məhrum edilib.

Maraqlıdır, hansı hallarda yaşı hərbi xidmətə yararlı hesab olunan şəxslər bu cür cəza ilə qarşılaşa bilər?

“Yeni Sabah” məsələni hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edib. Marqarita pizza

“Deməli, orada məlumatda bir yanlışlıq var. Yanlışlıq ondan ibarətdir ki, başlığa çıxarıblar ki, bu adam məhkəmə zalında həbs olunub. Əgər məlumatı diqqətlə oxumusunuzsa, bu, verilən apeliyyatçı şikayətidir. Apeliyyatçı şikayəti Şəki Rayon Məhkəməsinin hökmündən verilən şikayətdir və o, istintaq dönəmində həbs olunmur. Şəki Rayon Məhkəməsinin hökmü ilə Bayram Məlikov bir il, doqquz ay, üç gün müddətinə azadlıqdan məhrum edilir və istintaq dövründə ona başqa yerə getməmək haqqında verilmiş iltizam ləğv olunub, yəni məhkəmə zalında həbs olunub”, - deyə ekspert bildirib.

O, məsələ barədə fikirlərinə belə davam edib:

“Bizdə bəzən məlumatı o qədər qeyri-dəqiq oxuyurlar ki, insanlar apeliyyatçı şikayətin verildiyini başa düşmürlər. Apellyasiya məhkəməsində hərbi xidmətə çağırışdan yayınmaqda ittiham olunan Bayram Məlikovun ad və soyadını şərti yazıblar, və mən bunu başa düşə bilmirəm. Bu adam 2004-cü il təvəllüdlüdür və artıq 21 yaşı var, çağırış yaşı isə 18-dir.

2022-ci ildə təyin olunmuş məntəqəyə gəlməyib. Hərbi xidmətdən deyil, toplantılardan sonra əskəri xidmətə gəlməyib. Toplantıya gəlməməsi çağırışdan qəsdən yayınmaq hesab olunub və buna görə cəza təyin edilib. Peşəkar baxışla bu məsələdə suallar çoxdur. 21 yaşına qədər ali təhsil alıb, amma niyə hərbi xidmətə getməyib? 18 yaşında getməli olduğu halda, niyə getməyib?”

Ü.Cəfərov onu da əlavə edib ki, cəzanın yarısı çəkilmiş hesab edilə bilər:

“Yazılıb ki, hərbi xidmətə yararlıdır hesab olunub, amma 2022-ci ildə çağırış vərəqəsi ilə müəyyən hərbi hissəyə göndərilməsi təyin edilib. Yaşı artıq çağırışa çatmışdı. Toplantıdan yayındığı üçün bu cəza verilib. Ona görə də hərbi xidmətə getməkdən boyun qaçırma maddəsi tətbiq olunub. Burada vətənə xəyanət və ya ağır hərbi maddələr tətbiq olunmayıb. Ümumilikdə, bir il, doqquz ay, üç gün azadlıqdan məhrumetmə cəzası verilib. 2025-ci il aprel ayında verilmiş hökm olduğuna görə, cəzanın yarısı faktiki olaraq çəkilmiş hesab edilə bilər.

Bəzi insanlar bunu yanlış anlamaqla “məhkəmə zalında həbs olundu” kimi pafosla təqdim edirlər. Mən tərəfdarıyam ki, hər bir kişi cinsindən olan vətəndaş konstitusiyaya əsasən öz borcunu yerinə yetirməlidir. Heç bir halda səfərbərlik və dövlət xidmətindən yayınmamalıdır.

Mənim yanaşmam belədir ki, bu məsələdə ciddi qaydalar tətbiq olunmalıdır və çağırışdan yayınmaq halları ciddi şəkildə cəzalandırılmalıdır”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri