Yol işçisi yolda namaz qıldığına görə cərimələnib...
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
...Həştərxanda Çeçenistandan olan yol işçisi yolda namaz qıldığına görə 5000 rubl cərimələnib.
SİA xəbər verir ki, “Astrakhan.Ru” saytının məlumatına görə, şahidlərdən biri 24 avqustda namazı lentə alıb və sonradan sosial mediada paylaşılıb.
Kişinin şəxsiyyəti regional Federl Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müəyyən edilib.
Məlum olub ki, işçi Həştərxana pul qazanmaq üçün Çeçenistan Respublikasından gəlib və namaz vaxtı təmir üçün bağlanmış yolun bir hissəsində yolu işarələyirmiş.
Məhkəmə onu Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 5.26-cı maddəsinin 4-cü hissəsi ("Vicdan azadlığı, din azadlığı və dini birliklər haqqında qanunun tələblərini pozaraq missionerlik fəaliyyəti həyata keçirmək") ilə günahkar bilib.
...Və bu vəziyyətə Həştərxan vilayətinin müftisi Rauf Cantasov münasibət bildirib.
...Heç kim insanların inanmasını və dua etməsini qadağan etmir, lakin dindarlar ictimai yerlərdə nümayişkaranə dini ayinlərdən çəkinməlidirlər. Söhbət din azadlığı ilə başqalarının hüquqlarına hörmət, eləcə də ictimai asayiş arasında tarazlığın qorunmasından gedir, - deyə dini lider bildirib.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 28 Avqust 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















