Yol polisi nasaz avtomobili itələyib kənara çəkdi, tıxacın qarşısını aldı REAL VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün paytaxtın Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində yolda qalan “Qazel” markalı avtomobil digər sürücülərin hərəkətinə çətinlik yaradıb. Bu zaman həmin avtomobilin sürücüsünə maşını yoldan kənarlaşdırmaq üçün yol polisi əməkdaşları yardım edib. 99-YP-466 nömrə nişanlı avtomobillə pik saatda ərazidə xidmət aparan Bakı şəhər DYP İdarəsinin Yol-Patrul Xidməti əməkdaşları yük maşınını itələyərək təhlükəsiz şəkildə yol kənarına çəkiblər.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı avtomobilin digər sürücülərə mane olmaması üçün polis əməkdaşları hərəkəti də tənzimləyib. Vətəndaşlar yol polislərinin peşəkarlığı və yardımsevərliyi barədə minnətdarlıqlarını bildiriblər.
Yol polisləri ölkənin bütün ərazilərində yolda qalan, köməyə ehtiyacı olan və hansısa yerə vacib çatmalı olan hər bir sürücüyə dəstək göstərməkdə həmişə hazırdır və belə hallarda vətəndaşlara köməklik göstərmək polis əməkdaşlarının əsas vəzifələrindən biridir.
Eltac
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 15 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















