Yol polisi Sabunçuda şagirdlərə qadagan olunan qaydaları açıqladı FOTOLAR
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Sabunçu rayon DYP Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən 74, 252, 96 və 80 saylı tam orta məktəblərdə təhsil alan şagirdlər arasında təbliğat xarakterli görüşlər keçirib. Avtosfer.az xəbər verir ki, görüşlərdə hər yaş qrupuna aid uşaq və yeniyetmələrlə yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirici söhbətlər aparılıb. DYP əməkdaşları 12 yaşı tamam olmayan uşaqların qabaq oturacaqda oturmasının qadağan edilməsinin səbəbini əyani şəkildə göstəriblər. Eyni zamanda, 14 yaşı tamam olmayan uşaqlara yollarda velosipedlərdən istifadə etməmələri tövsiyə olunub, 16 yaşa çatmayan uşaqlara moped və skuterlərdən istifadənin təhlukəsi barədə ətraflı məlumatlar verilib. Yol polisləri uşaqlara qaydalara ciddi yanaşmağı barədə tövsiyə edib, daha sonra isə uşaqların sualları cavablandırılıb, rəy və təklifləri nəzərə alınıb.
Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, eləcə də uşaqlara təhlükəsiz davranış vərdişlərini aşılamaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 23 Fevral 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















