Yol polisinə 100 min rüşvət təklif edərkən saxlanılan bloger insanları aldadıbmış
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Rusiyada "Venqalbi" adlı avtoblogerin saxlanmasından sonra dələduzluqda ittiham edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Venqalbi" tərəfindən təşkil edilən pullu müsabiqənin iştirakçılarından biri şikayət ərizəsi yazaraq onun vəd edilən mükafatları təqdim etmədiyini bildirib.
Qeyd edək ki, yeddi ay əvvəl zərərçəkən "Venqalbi"yə 330 min rubl göndərib ki, təşkil edilən müsabiqədə iştirak etsin. Bu müsabiqədə "Mercedes E63 AMG" avtomobili, on ədəd "iPhone" və beş "Sony PlayStation 5" konsolu uduşa qoyulub.
Lakin mənbənin məlumatına görə, müsabiqənin başlanğıcı iki ay təxirə salınıb və sonda yalnız iki telefon və bir avtomobil uduşda təqdim edilib.
Maraqlıdır ki, mükafat qazanan istifadəçilərin hesablarına giriş isə mümkün deyil. Üstəlik, "Venqalbi" avtomobilin alqı-satqı müqaviləsini də sosial şəbəkələrdə nümayiş etdirməyib. Sonradan o, canlı yayımda bir neçə min rubl paylayıb.
Bununla əlaqədar müsabiqə iştirakçısı hüquq-mühafizə orqanlarına – polisə və İstintaq Komitəsinə müraciət edərək şikayət ərizəsi yazıb. Hazırda avtobloqer dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 03 Aprel 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















