Icma.az
close
up
RU
Yol qəzalarının qorxulu statistikası: Kağız üzərində yox, gerçək işlər görülməsə, daha pis ola bilər

Yol qəzalarının qorxulu statistikası: Kağız üzərində yox, gerçək işlər görülməsə, daha pis ola bilər

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Tovuzda baş vermiş faciəvi qəzadan sarsılmamaq mümkün deyil. Beşi hərbçi olmaqla altı nəfərin həlak olması həyəcan təbili effekti yaradır. Bu sahədə ciddi işlərin görülməsinə ehtiyac var. Eyni gündə ölkənin başqa yerində qəza üç nəfərin ölümünə səbəb olub. Onlardan birinin dərsə tələsən müəllimin olduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, son illər ölkədə yol qəzalarının statistikası çox qorxulu görünür. 2000-ci illərdə ölənlərin sayı 20 min nəfərə yaxınlaşır. Bir ölkə yalnız müharibədə bu qədər insan itkisi ilə üzləşir. Vəziyyət o qədər pisdir ki, təcili tədbirlər görülməsə, daha faciəvi situasiya ilə qarşılaşa bilərik.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, problemin həlli doğru istiqamətdə aparılmır: “Əsas məsələ və əsas hədəf real yol hərəkəti təhlükəsizliyi olmalıdır. Bu təhlükəsizlik sahəsində atılmalı olan real addımlar da 2018-ci ildə qəbul edilən, icra müddəti ötən il bitən və kağız üzərində qalan Dövlət proqramında idi. Bu proqramda sürücü olmaq işinə yenidən baxılmasından başlamış dünyagörüşünü dəyişən, həqiqi təhlükəsiz davranış mədəniyyəti formalaşdıra bilən maarifləndirməyə qədər hər şey yazılmışdı...”

Ekspert cərimələrin məbləğini artırmaqla istəyə nail olmayacağımızı düşünür. Onun firkincə, yanaşmalar dəyişməli, real iş görülməlidir.

2024-cü ilin yanvar-sentyabr aylarında yol qəzalarında 520 nəfərin öldüyü açıqlanmışdı. Sayın ilin sonuna qədər 700-800 arası olacağı dəqiqdir. Ümid edək ki, daha böyük göstərici qeydə alınmayacaq.

Hələ 12 il əvvəl açıqlanmışdı ki, 1988-2012-ci illərdə yol qəzalarında 22 min 249 ölkə vətəndaşı həyatını itirib. Müstəqillik illərindəki sayın 40 minə çatdığı şübhə doğurmur. Düzdür, 2011-ci ildə 1016 nəfərin ölümündən sonra müəyyən azalma müşahidə edilib. Amma başqa dövlətlərlə müqayisədə hər il yüksək rəqəmlər diqqət çəkir.

Estoniyada il ərzində yol qəzalarında həlak olanların sayı 50 nəfəri keçmir. Sloveniyada 100 həddinin aşılmaması nəzərə çarpır. Monteneqroda və Norveçdə də bənzər statistika açıqlanıb. İslandiyada 2020-ci ildə yol qəzalarında cəmi 8 nəfər həyatını itirmişdi. İtki rəqəmləri yüksək olanların da əhalisi Azərbaycandan dəfələlər çoxdur. Aşkar görünür ki, bizdə vəziyyət olduqca pisdir.

Üstəlik, ölüm sayının necə hesablanması da mübahisəlidir. Avropanın bir sıra ölkəsində eyni qəzada iştirakçı olmuş şəxslərdən bir ay ərzində ölən olarsa, bunu da yol hərəkəti hadisəsinin ayağına yazırlar. Yəni Qərbdə bizim standartlarla itki xeyli az olur.

Sürücülərin məsuliyyəti böyükdür. Lakin gecə-gündüz təkcə onları təqsirkar kimi göstərmək də çıxış yolu deyil. Elə tədbirlər görmək lazımdır ki, cəmiyyət bunun yalnız faydasını hiss etsin. Sürücülük vəsiqəsinin əldə edilməsi ilə bağlı rüşvət iddialarına da son qoyulmalıdır. Yol hərəkəti qaydalarını bilməyənlərin sükan arxasında əyləşməsi hamı üçün təhlükəlidir.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Noyabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri