Icma.az
close
up
RU
Yolda nə görsələr çəkib paylaşanlara xəbərdarlıq Cəzası var

Yolda nə görsələr çəkib paylaşanlara xəbərdarlıq Cəzası var

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlər küçədə, ictimai yerlərdə baş verən mübahisə və münaqişələri gizli şəkildə telefonla çəkərək sosial şəbəkələrdə paylaşan şəxslərin görüntülərinə daha çox rast gəlinir. Bəzən çəkiliş zamanı hadisədə iştirak edən şəxslərin xəbəri belə olmur. 
İctimai yerdə baş verən münaqişəni iştirakçıların icazəsi olmadan çəkib paylaşmaq qanunidirmi?
Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, ictimai yerdə baş verən münaqişənin telefonla çəkilməsi və həmin görüntülərin sosial şəbəkələrdə paylaşılması məsələsinə yalnız “hadisə ictimai yerdə baş verib” arqumenti ilə yanaşmaq düzgün deyil:
“İctimai yerdə olmaq şəxsin görüntüsünün istənilən formada və məqsədlə, onun xəbəri və razılığı olmadan çəkilib yayıla bilməsi demək deyil. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, şəxsin xəbəri olmadan və ya etirazına baxmayaraq onun video və foto çəkilişinə, səs yazısına və digər bu kimi hərəkətlərə məruz qoyulmasına yol verilmir. Konstitusiya həmçinin şəxsin razılığı olmadan onun şəxsi həyatı haqqında məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və yayılmasını qadağan edir. Bununla yanaşı, burada çəkilişin özü ilə çəkilmiş görüntünün sosial şəbəkədə yayımlanmasını fərqləndirmək vacibdir. Məsələn, küçədə baş verən insidentin hüquqpozmanın sənədləşdirilməsi, öz təhlükəsizliyinin təmin edilməsi və ya hüquq-mühafizə orqanlarına sübut təqdim edilməsi məqsədilə çəkilməsi ilə həmin görüntünün şəxsləri tanınacaq şəkildə sosial şəbəkədə kütləvi auditoriyaya təqdim edilməsi eyni hüquqi nəticəyə malik deyil. “Fərdi məlumatlar haqqında” Qanun fərdi məlumatların yayılmasını media və informasiya sistemləri vasitəsilə məlumatların açıqlanması və ya şəxslərin həmin məlumatlarla tanış olmasına imkan yaradılması kimi müəyyən edir”.
Elnur Məmmədov vurğulayıb ki, xüsusilə görüntüdə iştirak edən şəxslərin üzləri, səsləri, adları və digər identifikasiyaedici məlumatları görünürsə və paylaşım həmin şəxslərin müəyyən edilməsinə imkan verirsə, məsələ fərdi məlumatların qorunması və şəxsi həyatın toxunulmazlığı baxımından qiymətləndirilə bilər:
“Qanun fərdi məlumatların toplanılması və işlənilməsində qanunçuluq, konfidensiallıq və könüllülük prinsiplərinə riayət edilməsini tələb edir. Daha ciddi hal isə görüntünün şəxsin şəxsi və ailə həyatına aid məlumatları əks etdirməsi və ya onun şərəf və ləyaqətinə toxunan formada yayılmasıdır. Cinayət Məcəlləsinin 156.1-ci maddəsi şəxsi həyatın sirri olan məlumatları əks etdirən foto və video materialların qanunsuz toplanılmasını və yayılmasını müəyyən hallarda cinayət məsuliyyəti ilə nəticələnən əməl kimi nəzərdə tutur. Eyni zamanda, Mülki Məcəllənin 23-cü maddəsi şəxsi və ailə həyatının sirrinə və şəxsi toxunulmazlığa müdaxilə edən məlumatların təkzibini və müəyyən hallarda vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək imkanını verir.
Bununla belə, hər bir ictimai yerdə çəkilmiş videonu avtomatik olaraq qanunsuz hesab etmək də düzgün olmaz. Konkret hüquqi qiymətləndirmə zamanı çəkilişin harada və hansı şəraitdə aparılması, şəxsin görüntüdə əsas obyekt olub-olmaması, çəkilişin məqsədi, görüntünün hansı formada və hansı auditoriyaya yayıldığı, şəxsi həyatla bağlı məlumatların əks olunub-olunmaması və qanunla nəzərdə tutulan hər hansı istisnanın mövcudluğu nəzərə alınmalıdır”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Avqust 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri