Icma.az
close
up
RU
Yarımçıq qalan həyatlar: şagirdlər, həkimlər, professorlar... FOTO

Yarımçıq qalan həyatlar: şagirdlər, həkimlər, professorlar... FOTO

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində 12 mərtəbəli hoteldə baş verən yanğında 76 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 12 mərtəbəli hoteldə 238 qonaq qeydiyyatdan keçib. Səhiyyə naziri Kamal Memişoğlu yaralılardan bəzilərinin evə buraxıldığını bildirib.

Kartalkayada oteldə yanğın: 76 nəfərin həyatını itirdiyi yanğınla bağlı 9 nəfər saxlanılıb

Yanğın zamanı ölən 76 nəfərin kimliyi hələlik açıqlanmayıb. Yerlikaya 52 nəfərin şəxsiyyətinin müəyyən edildiyini, digər şəxslərin kimliyini müəyyən etmək üçün məhkəmə tibb müəssisələrində DNT araşdırmalarının aparıldığını deyib.

Modern.az-ın məlumatına görə, indiyədək ölümləri təsdiqlənən bəzi şəxslərin kimliyi məlum olub.

Həyatını itirənlər arasında “Fənərbaxça” İdman Klubunun üzgüçülük şöbəsi idmançısı Vedia Nil Apak və anası Ferda Apak da var. "Fənərbaxça" Apakın ölüm xəbərini sosial media hesabları vasitəsilə açıqlayıb və onlarınyaxınlarına başsağlığı verib.

Klub rəhbərliyi, həmçinin Bolu Fənərbaxça Tərəfdarları Dərnəyinin sədr müavini Rıfat Doğanın həyat yoldaşı Ceren Yaman Doğan və qızı Lalin Doğanın da dünyasını dəyişdiyini bildirib.

Özyeğin Universitetinin biznes idarəetmə fakültəsinin dekanı professor Atakan Yalçın və qızı Elif Derin Yalçın da həyatını itirənlər arasındadırlar.

Hadisə nəticəsində tanınmış aşpaz Eslem Uyanık da dünyasını dəyişib.

TED İstanbul Kollecinin 9-cu sinif şagirdləri Alican Boduroğlu, Elif Nas Boduroğlu və anası Ebru Boduroğlu, TED Ankara Kollecinin 10-cu sinif şagirdi Eren Bağcı da həlak olubar. İELEV məktəbinin şagirdi Pelin Doğan, anası Burcu Güngör, atası Kıvanç Güngör və qardaşı Kerem Güngör vəfat etdiyi açıqlanıb.

Tarsus Amerikan Kolleci məzunlarından Nihat Arıkanın nəvəsi Ömür Kotan və məzunlarından Mert Doğan, həyat yoldaşı Duyqu Doğan, övladları Mavi və Doğa Doğanın vəfat etdiyini açıqlayıb.

“Sözcü” qəzetinin yazarlarından Nedim Türkmen, həyat yoldaşı Ayşe Neva Türkmen və iki uşağı yanğında həyatını itirib. Nedim Türkmenin qızı, 12-ci sinif şagirdi Ala Dora Türkmenin təhsil aldığı SEV Amerika Kolleci başsağlığı verib.

“Oyak Sement Zavodları” şirkətinin Bolu fabrikinin direktoru Mehmet Cem Doğanın vəfat etdiyi açıqlanıb. “Vicat Türkiye” sement şirkətinin keyfiyyətə nəzarət üzrə direktoru Ayşemin Elif Doğan və qızı Ayşe Maya Doğanın da öldüyü bildirilir. “Asır Qrup” adlı şirkətin qurucularından olan iş adamı Bilal Gültekinin həyat yoldaşı, üç uşağı və iki qardaşı ilə birlikdə dünyasını dəyişdiyi məlum olub. “Inovat Energy Storage Solutions” şirkətinin iki meneceri, şirkətin baş direktoru Can Tokcan və onun qardaşı, satış meneceri Atıl Enis Tokcan, uşaqları Kemal TokcanAtlas Kaan Tokcanın həyatını itirdiyi açıqlanıb.

“Türk Hava Yolları” şirkətin əməkdaşı Zehra Sena Gültekinin əri və uşaqları ilə birlikdə dünyasını dəyişdiyini təsdiqləyib. Zehra Gültəkin və həyat yoldaşı Bilal Gültəkin üç azyaşlı oğlu ilə birlikdə oteldə olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Yanvar 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri