Icma.az
close
up
RU
Yollarda bu maşınlara nəzarət gücləndirildi Polis hərəkətə keçdi

Yollarda bu maşınlara nəzarət gücləndirildi Polis hərəkətə keçdi

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Kənd təsərrüfatı texnikalarının iştirakı ilə yollarda baş verə biləcək ağır qəzaların qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndirilib.

"Yeni Sabah" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi mövsümlə əlaqədar avtomobil yollarında kənd təsərrüfatı texnikalarının sayının artdığını bildirərək, bu nəqliyyat vasitələri ilə yük və sərnişin daşınması zamanı qaydalara əməl olunmasının vacibliyini vurğulayıb.

Qeyd olunub ki, texniki baxımdan istifadəyə yararsız, xarici işıq cihazları nasaz, tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmış və ya dövlət qeydiyyat nişanları olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçirilməsi həm sürücü, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. pizza

Bundan başqa, əkin sahələrində çalışan insanların qanunvericiliyin tələblərinə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktorlarda və qoşqularda daşınması, ot kütləsi və müxtəlif məhsulların qablaşdırılmadan, müəyyən edilmiş çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin təhlükəsizliyinin təmin olunmasına, məhsulların daşınması və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırıb.

İdarə həmçinin bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini diqqətə çatdırıb.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Sentyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri