Icma.az
close
up
RU
Yollarda can alan qəzalar: günahkar?

Yollarda can alan qəzalar: günahkar?

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yollarda avtomobillərin piyadaları vurması və beləhadisələrin fəsadları, hətta ölümlə nəticələnməsi həmişə aktual mövzu olaraq qalır. Baş Dövlət Yol Polisi İdarəsi mütəmadiqaydada sürücülərə və piyadalara müraciətlər ünvanlayaraqonları yollarda ehtiyatlı olmağa, zəruri təhlükəsizlik tədbirlərinəəməl etməyə çağırır. Mövzu çap və onlayın medianındiqqətindədir. Yollarda baş verən bədbəxt hadisələrlə bağlıməlumatlar davamlı olaraq ictimaiyyətə çatdırılır. Eynizamanda, son illərdə paytaxtımızda və regionlarda müasirtələblərə cavab verən yol infrastruktunun qurlması istiqamətindəyeni-yeni layihələr reallaşdırlıb. Həmçinin xüsusilə Bakıdayeüstü və yeraltı piyada keçidlərinin sayı artıb, daha çox yoldaişıqforlar, tənzimləyici nişanlar qoyulub. 

Bütün bunlara baxmayaraq yollarımızda baş verən bədbəxthadisələrin sayı yenə də çoxdur. Yenə də hər gün bu və ya digərküçədə avtomobillərin can alması xəbərlərinə sarsılırıq. 

Dəhşət saçan statistika

Yollarda avtomobillərin piyadaları vurmasını əks etdirənstatistika dəhşət saçır.  2024-cü ildə 1427 yol-nəqliyyat hadisəsibaş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı1952 nəfər olub. Onlardan 764 nəfəri dünyasını dəyişib, 1188-iisə yaralanıb. Hadisələrin 40,2 faizi gündüz, 38,4 faizi gecə, 21,4 faizi isə toran vaxtı baş verib. Piyadaların vurlması iləmüşayiət olunan qəzaların 29,7 faizi həftənin şənbə və bazargünlərinə təsadüf edib. Yol-nəqliyyat hadisələrinin 86,8 faiziyaşayış məntəqələrində baş verib. 

Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,6 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil edib. Belə çıxır ki, yollarda qadınlar kişilərə nisbətən daha intizamlıdırlar. Eynizamanda, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarəolunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilənəticələnən 19 hadisə baş verib, nəticədə 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. 

Sürücülər qaydalara əməl etmir, yoxsa piyadalar yolu düzgün keçmirlər?

Statistika ilə tanış olarkən qeyri-ixtiyari olaraq düşünürsən: Sürücülər qaydalara əməl etmir, yoxsa piyadalar yolu dügünkeçmirlər? Əlbəttə, baş verən qəzaların çoxsaylı səbəblərinisadalamaq mümkündür. Yolların işıqlandırılmaması, yağıntılıhavalarda görüntünün zəifləməsi, gözlənnilmədən  qarşıya çıxanağzı açıq kanalizasiya lükləri, avtomobillərin texniki nasazlığı, sürücünün səhətində yaranan qəfil problemlər və s. bu kimibizdən asılı olmayan səbəblər üzündən qəzaların baş verməsiistisna deyil. Ümumiyyətə, qəzalardan tam şəkildə sığortalanabilmərik. Yollarda avtomobillər şütüyürsə, bədbəxt hadisəehtimalı da həmişə qalır. 

Ancaq məsələ ondadır ki, insan amili, sürücünün, piyadanınvətəndaş məsuliyyəti sayəsində ən azından qəzaların sayınıminimum endirmək mümkündür. Məsələn, sürücünün sərxoşhalda sükan arxasına keçməsi onun bir vətəndaş kimi özü, ailəsivə digər insanlar qarşısında məsuliyyətini unutması anlamındaqəbul olunur. Bu, cinayətdir və qanunvericiliklə sərt qaydadacəzalandırılır. Lakin sərxoş halda törətdiyi qəzaya görə aldığıcəza - cərimələnməsi və yaxud müəyyən müddət sürücülükhüququndan məhrum edilməsi onun həyatına son qoyduğu vəyaxud bədən xəsarəti yetirdiyi insanların və onların yaxınlarınınağrı-acısını unutdurmaq üçün kifayətdirmi? Sürücü anlamalıdırki, onun bir məsuliyyətsizliyi, laqeydliyi böyük faciələrə gətiribçıxara bilər. 

Lakin yollardakı qəzalardan danışırıqsa, burada həm dəpiyadaların məsuliyyəti barədə müzakirələr açmaq lazım gəlir. Baş verən qəzaların bir iştirakçısı sürücülərdirsə, digəriştirakçısı piyadalardır. Yenə də statistikaya müraciət edək. 2024-cü ildə ölkə üzrə baş verən qəzaların  41,1 faizi nəqliyyatvasitələrinin və piyadaların iştirakı ilə olub. Bu, əslində, həyəcan təbili çalmaq üçün bir göstəricidir. Yol-nəqliyyathadisələrinin az qala yarısının piyadaların iştirakı ilə başverməsi ciddi şəkildə araşdırlmalı, bundan nəticə çıxarılmalıdır. Nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verənqəzaların məsuliyyətini yalnız sürücülərin üzərinə atmaq doğrudeyil. Burada piyadalar da məsuliyyəti bölüşürlər. Tez-tez şahidioluruq: Piyadalar yolu müəyyən olunmamış yerlərdən və yaxudişıqforun sarı, hətta  qırmızı işığında keçirlər. Bədbəxt hadisələrdə əsasən belə hallarda baş verir. Və yaxud piyadalar, ələlxüsusda gənclər yolu mobil telefonla danışa-danışa, videolara baxa-baxa keçirlər. Belə hallarda yol hərəkəti qaydalarına əməletmək, hər an dəyişə biləcək situasiyaları izləmək mümkünolmur və bədbəxt hadisələr qaçılmaz hala gəlir.

Magistrallar can alır

Nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verənqəzaların bir çoxu sürət məhdudiyyət yüksək olan yollarda başverir. Bu zaman piyadaların həyatlarını itirməsi riski dahayüksək olur. Belə demək mümkündürsə, magistrallar can alır. Çünki magistrallarda yüksək sürətlə hərəkət edən avtomobilianında saxlamaq texniki baxımdan mümkün deyil. Piyadaizlədiyi avtomobilin sürət həddini doğru müəyyənləşdirmir vəavtomobil onu magistralda qaçdığı yerdə yaxalayır. Piyadalarınmagistralları müəyyən olunmamış yerlərdən keçmələriqadağandır və bununla bağlı yol polisi mütəmadi qaydadaçağırışlar edir. Lakin 2025-ci ilin birinci yarısında ayrı-ayrımagistrallarda ölümlə nəticələnən hadisələrin qeydə alınmasıproblemin hələ də qaldığını təsdiqləyir. Cari ilin iyun ayındayaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 10 zolaqlı yolun hərəkət hissəsindən keçən iki piyadadan biriniavtomobil vurub. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilir. Yol-nəqliyyat hadisəsi şəhərimizin ən gur magistrallarından birində - Heydər Əliyev prospektində,  “ASK Arena”nın qarşısında başverib. Piyada hadisə yerindəcə həyatını itirib. İyul ayında isəoxşar hadisə Bakı - Sumqayıt şosesinin Xırdalan ərazisindənkeçən hissəsində qeydə alınıb. Hadisə zamanı “Renault” markalıavtomobil, piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolukeçməyə çalışan 1947-ci il təvəllüdlü Süleymanov Məhəmmədivurub. Nəticədə, piyada müxtəlif dərəcəli bədən xəsarətlərialaraq xəstəxanaya yerləşdirilib. Daha bir belə bədbəxt hadisəBakı dairəvi yolunun Badamdar qəsəbəsi istiqamətində başverib. Hərəkətdə olan “Chevrolet cobalt” markalı avtomobilpiyada, 1987-ci il təvəllüdlü Mirzəyev Ruslan Fərman oğlunuvurub. Nəticədə, piyada hadisə yerində həyatını itirib...

Belə misalların sayı çoxdur. Sual isə belədir: Nə üçünpiyadalar magistral yollarda sürət həddinin yüksək olduğununəzərə almırlar və bədbəxtçiliklə üzləşirlər? Yeri gəlmişkən, birvaxtlar yol polisinin əməkdaşları reydlər keçirərək yollarımüəyyən olunmamış yerlərdən keçənləri cərimələyirdilər. Nəticə də pis deyildi. Yolları müəyyən olunmamış yerlərdənkeçməyin qanun qarşısında məsuliyyət yatdığı ictimai şürdaözünə yer tapmışdı. Ancaq sonradan hansısa bir səbəbə görəbelə reydlərin arası kəsildi. Görünür, sərt olsa da, həminreydlərə yenidən qayıtmaq lazımdır. 

Eyni zamanda, zəruri infrastrukturun inkişaf etdirlməsi dəhəlli vacib məsələlər sırasında yer alır. AzərbaycanPrezidentinin 2023-cü il 22 noyabr tarixli ərmanı ilə təsdiqedilmiş “Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında” Əsasnamədə yer alan bir sıra müddəalar piyada infrastrununinkişafı və əlçatanlığı, habelə velosiped və elektrikli nəqliyyatvasitələrindən istifadənin təşviqi istiqamətində zəruri tədbirlər(parklanma və hərəkət üstünlüyünün verilməsi, enerjidoldurmaməntəqələrinin, habelə yeraltı və yerüstü dayanacaqməntəqələrinin sayının artırılması və sair) görülməsini təşkiletmək və görüləcək işləri əlaqələndirmə kimi mühüm məsələləriözündə ehtiva edir.

“Qəzalara görə həmişə sürücü günahkardır” stereotipindən birdəfəlik qurtulmaq lazımdır

Azərbaycan reallığında piyadanın ölümü ilə nəticələnənyol-nəqliyyat hadisələrinə görə sürücünün bəraət almasına nadirhallarda rast gəlinir . Təəssüf ki, “qəzalara görə həmişə sürücügünahkardır” stereotipi hələ də qalmaqdadır. Araşdırmalartəsdiqləyir ki, yollarda baş verən bədbəxt hadisələrə görəsürücülərin günahlandırılması təxminən 95 faiz civarındadır. Bugöstərici reallıqla tərs-mütənasibdir. Qəzaların araşdırımasızamanı sürücülərin də hüquqları mütləq qaydada nəzərəalınmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Qaydalara əməledən, sürət həddini gözləyən sürücü nə üçün piyadaməsuliyyətsizliyinə, laqeydliyinə görə cavabdehlik daşımalıdır? O həqiqət dərk olunmalıdır ki, “qəzalara görə həmişə sürücügünahkardır” stereotipi qaldıqca yollarımızda piyadaölümlərinin sayı da çox olacaq. Sürücülər məsuliyyətə cəlbedildiyi kimi, konkret situasiyalarda piyadaların da cavabdehliyiunudulmamalıdır.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Avqust 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see273

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see244

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see230

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see208

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see205

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see202

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see202

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see190

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see189

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see178

Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

10 İyun 2026 21:16see172

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see171

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see169

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see169

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10 İyun 2026 21:50see167

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see164

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see164

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see161

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see160

Vuçiç Baş nazir olmaq istəyir

11 İyun 2026 03:08see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri