Xaçmazda sürət “şou”su göstərən sürücünün vəsiqəsi alındı + HƏBS OLUNDU VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ictimai asayişi nümayişkəranə şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən şəxs müəyyən edilərək saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a bildirilib ki, hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, eləcə də çəkdiyi görüntüləri sosial şəbəkələrdə paylaşan 20 yaşlı Vüsal Qədirovun barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.
Müvafiq qərarla V.Qədirov 15 sutka müddətinə inzibati qaydada həbs olunub və 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.
*** 5 noyabr, 17:00
Xaçmazda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını “TikTok” sosial platformasında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 99-DV-639 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü müxtəlif vaxtlarda qeydə alınmış görüntülərdə sürət həddini aşaraq həm özünü, həm də sərnişinləri təhlükəyə atıb. Hətta avtomobili yüksək sürətlə idarə edən sürücü qarşıdan gələn nəqliyyat vasitəsinə də qəza şəraiti yaradıb.
Digər görüntüdə onun avtomobilin damına və ön alın şüşüəsinə operativ nəqliyyat vasitələrinə məxsus göy və qırmızı sayrışan işıq siqnalları quraşdırdığı aydın şəkildə əks olunub.
Başqa bir videoda isə sürücü yol kənarından hərəkətə sərt şəkildə başlayıb və bu zaman təkərin yer səthində sürtünməsi səsləri çıxarıb. Eyni zamanda sürücünün 77-NP-714 dövlət nömrə nişanlı “Mercedes” markalı maşınla yarışdığı son kadrda əks olunub.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 06 Noyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















