Icma.az
close
up
RU
Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir? RƏSMİ

Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir? RƏSMİ

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Bildiyimiz kimi, Bakıda bir sıra yollarda velosiped zolaqları çəkilib və çəkilməkdə davam edir. Lakin əfsuslar olsun ki, bir sıra hallarda velosipedçilərin zolaq olduğu halda zolaqdan istifadə etmədiyinin, ya avtomobil yolu, ya da piyadaların hərəkət etdiyi yoldan istifadə edərək, təhlükə yaratdığının şahidi oluruq.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, velosipedçilərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısının alınması istiqamətində mütəmadi profilaktik tədbirlər həyata keçirilir.

“Buna baxmayaraq, bəzi velosiped sürücüləri qaydaları kobud şəkildə pozaraq, həm özlərinin, həm də digər nəqliyyat vasitəsi sürücülərinin həyatlarını təhlükə altına atırlar. Xüsusilə də velosiped zolağı olduğu tədqirdə, bəzən bu zolaqdan istifadə etmirlər ki, nəticədə xoşagəlməz hallar baş verir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən, velosiped yolu olduğu halda velosipedçinin başqa zolaqla hərəkət etməsi qadağandır.

Belə hallar aşkar ediləndə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, həmin sürücü üçün 40 manat məbləğində cərimə nəzərdə tutulub. Bütün bunları nəzərə alaraq, bu tip nəqliyyat vasitələrini idarə edən sürücülərdən yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edirik”, - deyə T.Nəsirli əlavə edib.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsində velosiped idarə edən şəxslər üçün cərimə nəzərdə tutulur.

“Əgər onlar piyadalara mane olarlarsa, 40 manat cərimə olunurlar. Əgər velosiped zolağı varsa, velosipedlər həmin zolaqla hərəkət etməlidirlər, zolaqdan kənarda digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmamalıdırlar.

Bu qaydaları pozanlar üçün qanunvericilikdə cərimələr nəzərdə tutulur. Velosiped sürücüləri də qaydalara riayət etməlidirlər”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Noyabr 2024 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri