Yolu keçiddən keçməyən piyadalar həbs olunacaq və ya 4628 manat .... Yeni qanun gəlir
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 2025-ci ilin martında yeni yol hərəkəti qaydaları ilə bağlı qanun qüvvəyə minəcək.
Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, yeni qanun piyadalara qarşı cəzalar sərtləşdiriləcək.
Belə ki, sürət həddi saatda 80 kilometrdən çox olan yolların müəyyən edilməyən hissəsindən keçmək qadağan edilir.
Qanunu pozanları azı 3 ay həbs cəzası və ən azı 10 min dirhəm (4628 manat) cərimə olunacaq.
Hər hansı bir yolu səhv yerdən keçmək və ya işıqforun qadağanedici siqnalına əməl etməməyə görə, qəza baş verərsə, burada piyadanın məsuliyyəti də yaranır. Qanunu pozan 5 min dirhəmdən 10 min dirhəmədək (2314 - 4628 manat) cərimə ilə cəzalandırılacaq və ya həbs ediləcək.
Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları ümid edir ki, yeni tədbirlər piyadaların davranış mədəniyyətini yaxşılaşdıracaq və bu, yollarda qəzaların azalmasına kömək edəcək.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 01 Dekabr 2024 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















