Icma.az
close
up
RU
Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır 20 Yanvarda PROBLEM

Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır 20 Yanvarda PROBLEM

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda, xüsusilə 20 Yanvar metrosunun qarşısında bəzi ərazilərdə yolun sağ tərəfində avtomobillərin saxlanılması səbəbindən avtobuslar hərəkət zolağında dayanmağa məcbur olur.

Bu zaman avtobusların arxasında uzun sıxlıq yaranır, digər sürücülər isə yaranmış maneəni keçmək üçün bəzən qoşa xətti tapdalayaraq qarşı zolağa çıxırlar.

Bəs belə vəziyyətdə qoşa xətti tapdalayaraq avtobusun yanından keçmək qanunidirmi? Yolun sağ zolağının park edilmiş avtomobillərlə tutulması bu hal üçün hər hansı hüquqi istisna yaradırmı?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qadağan olunmuş parklanma ilə mübarizə aparılmalı və xüsusilə problemli ərazilərdə nəzarət gücləndirilməlidir.

““20 Yanvar” ətrafı həmişə problemli ərazilərdən biri olub. Orada bəzən kameraların altında belə sürücülərin qayda pozduğunu, avtomobillərini istədikləri kimi saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane olduqlarını, sıxlıq və tıxac yaratdıqlarını görürük. Bu baxımdan həmin ərazilərdə nəzarət tədbirləri daha da gücləndirilməlidir”, – ekspert qeyd edib.

Onun sözlərinə görə, bəzi sürücülər hətta kameraların fəaliyyətinə mane olmaq üçün müxtəlif üsullardan istifadə edir və ya avtomobillərini kameraların qeydə ala bilməyəcəyi formada saxlayırlar.

Bu isə yollarda əlavə narahatlıq yaradır. “Bu hal heç də yaxşı deyil. Təkcə “20 Yanvar” ərazisində deyil, bir çox yerlərdə belə hallara rast gəlinir və bunun qarşısı mütləq alınmalıdır”, – E.Muradlı bildirib.

Ekspert qoşa xətti tapdalayaraq qarşı zolağa çıxan sürücülərin də vəziyyətinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

“Bəzən sürücülər belə vəziyyətdə məcbur qalaraq qoşa xəttin tələbini pozur və avtobusun yanından keçməyə çalışırlar. Əgər belə halda sürücü cərimələnirsə, aidiyyəti üzrə müraciət etmək lazımdır ki, burada nizamsız parklanma səbəbindən sürücü məcburən qarşı zolağa çıxıb. Belə olan halda qayda pozuntusuna sürücünü məcbur edənlər cərimələnməlidir”, – ekspert əlavə edib./sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri